Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:31 Sərxoş sürücülərə qarşı cəzalar sərtləşdirilməlidirmi? – Hüquqşünasdan açıqlama | 13:24 Sığınacağın qarşısında dəhşət: Rusiyada azərbaycanlı gənc keçmiş sevgilisinin boğazını kəsib - Video | 13:22 71 yaşlı kişi evini fahişəxanaya çevirdi - Təfərrüat | 13:21 Azərbaycan Dublində qəbul edilən üç sənədə qoşulmadı | 13:07 "Microsoft" sistemində qlobal nasazlıq: "Outlook" 74 ölkədə çöküb | 13:06 Azərbaycan nefti ucuzlaşdı | 12:58 Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı | 12:57 İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi | 12:56 40 yaşdan sonra dişlərimiz niyə əyilir? | 12:53 "Nvidia"nın keçmiş rəhbəri ilə bağlı yeni iddia: Üçüncü qadın ortaya çıxdı | 12:38 "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO | 12:22 İkinci əl avtomobillərə tələbat artdı – Qiymətlər bahalaşır | 12:19 Cəbrayılda şirkət işçilərinin qaldığı tikilidə yanğın | 12:15 Bakı və Sumqayıtdakı xəstəxanalarda növbə ilə bağlı yenilik | 12:06 Bakı-Qazax yolunda daha bir körpü sökülür - Səbəb | 12:01 Əlillik almayan hərbçilərin sosial təminatı genişləndirilməlidir – Açıqlama | 11:52 Bakıda kütləvi dava: Üç nəfər bıçaqlandı | 11:41 Abşeronda 89 yaşlı qadın zəhərlənib öldü | 11:37 Azərbaycanda müəllimlərə şagirdlərlə bağlı qadağa | 11:28 Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı yeni detallar |
Mojo.az Avto
Mojo.az Avto

Sərxoş sürücülərə qarşı cəzalar sərtləşdirilməlidirmi? – Hüquqşünasdan açıqlama

13.11.2026 13:31 192
Sərxoş sürücülərə qarşı cəzalar sərtləşdirilməlidirmi? – Hüquqşünasdan açıqlama
Sərxoş vəziyyətdə avtomobil idarə edilməsi həm sürücünün, həm də digər hərəkət iştirakçılarının həyatı üçün ciddi təhlükə yaradır. Belə hallarda tətbiq edilən cəzaların çəkindirici təsiri və təkrar pozuntuların qarşısının alınması məsələsi aktuallığını qoruyur. Mövcud qanunvericilik sərxoş vəziyyətdə avtomobil idarə edən şəxslərin məsuliyyətə cəlb olunması üçün kifayət qədər təsirli mexanizmlər nəzərdə tuturmu və təkrar pozuntuların qarşısını almaq üçün hansı dəyişikliklərə ehtiyac var?

Hüquqşünas Tural Həsənli Median.Az-a açıqlamasında deyib ki, sərxoş vəziyyətdə avtomobil idarə etmək sadəcə yol hərəkəti qaydalarının pozulması deyil, həm də insanların həyatını təhlükəyə atan ciddi hüquq pozuntusudur:
“Belə sürücülər sükan arxasına keçməklə yalnız öz həyatlarını deyil, avtomobildə olan sərnişinlərin və digər hərəkət iştirakçılarının da təhlükəsizliyini riskə atırlar. Bu sahədə əsas məqsəd yalnız qayda pozan şəxsi cərimələmək deyil, eyni zamanda onun gələcəkdə eyni əməli təkrar etməsinin qarşısını almaq olmalıdır. Bunun üçün qanunvericilikdə nəzərdə tutulan cəzalarla yanaşı, nəzarət və profilaktik tədbirlər də gücləndirilməlidir. Mövcud qanunvericiliyə əsasən, İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsində sərxoş vəziyyətdə avtomobil idarə etməyə görə konkret cəzalar müəyyən edilib. Belə ki, ilk dəfə bu qaydanı pozan sürücü 400 manat cərimə edilə və ya 6 aydan 1 ilədək sürücülük hüququndan məhrum oluna bilər. Eyni hal bir il ərzində təkrar baş verdikdə isə sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 400-500 manat cərimə və ya 15 günədək inzibati həbs tətbiq edilə bilər”.
O qeyd edib ki, bu cəzalar müəyyən çəkindirici təsirə malik olsa da, problemin tam həlli üçün təkcə cərimələrin artırılması kifayət deyil:
“Çünki bəzi sürücülər cəriməni ödəməklə məsuliyyətdən yayınacaqlarını düşünür və yenidən eyni qaydanı pozurlar. Bu baxımdan, ilk növbədə sərxoş sürücülərin aşkarlanması istiqamətində nəzarət gücləndirilməlidir. Xüsusilə gecə saatlarında, istirahət və bayram günlərində yoxlamaların artırılması vacibdir. Təkrar qayda pozan şəxslərə qarşı daha ciddi yanaşma olmalıdır. Sürücülük hüququndan məhrum edilən şəxslərin həmin müddətdə avtomobil idarə etməsinin qarşısı real şəkildə alınmalıdır. Bunun üçün elektron nəzarət və məlumat bazalarının imkanlarından daha səmərəli istifadə edilə bilər. Sərxoş vəziyyətdə avtomobil idarə etməyə görə məsuliyyət yalnız cəza qorxusu yaratmaqla məhdudlaşmamalıdır. İnsanlar anlamalıdırlar ki, sükan arxasına sərxoş vəziyyətdə keçmək bir anlıq məsuliyyətsizlik nəticəsində ağır faciələrə səbəb ola bilər. Əsas məqsəd hadisə baş verdikdən sonra sürücünü cəzalandırmaq deyil, belə hadisələrin ümumiyyətlə baş verməsinin qarşısını almaqdır”.

Son xəbərlər