Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:51 Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"  |     13:47 "Həzi Aslanov" - "İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub? (Yenilənib)  |     13:45 İlham Əliyev: "Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər"  |     13:44 Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb  |     13:31 Necə varlanmaq olar? Pulu banka qoyaq, qızıl alaq, yoxsa istiqraz?  |     13:20 Bakıda yeni park salınır - Foto  |     13:03 Azərbaycan neftinin qiyməti 127 dolları ötdü  |     13:02 "Ceyhun Sabunçu"nu qətlə yetirməkdə ittiham olunan şəxslər başqa cinayət də törədiblərmiş  |     12:31 Milyarder İbrahim Süleymanova Rusiyada yekun ittiham irəli sürüldü  |     12:28 Universitetlər əmək bazarının tələblərinə cavab verə bilmir – Açıqlama  |     12:17 Göygöldə qanlı dava: 36 yaşlı kişi bıçaqlandı  |     12:08 Nisyə pivə içən qəssab dostunu bıçaqladı - İmişlidəki cinayətin təfərrüatı  |     12:00 İlham Əliyev: "Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir"  |     11:59 Dubayda qızıldan piyada yolu salınacaq  |     11:57 Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - Video  |     11:55 Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"  |     11:53 Bakıda böyük söküntü başlayır: Sakinlərə nə qədər kompensasiya veriləcək? - Video  |     11:34 İlham Əliyev: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"  |     11:29 Prezident: "Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini verib"  |     11:26 Deputat: “İran nazirinin bəyanatı Azərbaycanın daxili işlərinə müdaxilədir”  |    
Mojo.az Avto
Mojo.az Avto

Şəkidə sərxoş vəziyyətdə və narkotikin təsiri altında avtomobil idarə edən 33 sürücü məsuliyyətə cəlb olunub

07.03.2024 11:31 924
Şəkidə sərxoş vəziyyətdə və narkotikin təsiri altında avtomobil idarə edən 33 sürücü məsuliyyətə cəlb olunub
Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbirlər zamanı narkotik vasitənin təsiri altında və sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, “Opel” markalı avtomobilin sürücüsü Anar Zamanov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün ona “saxla” işarəsi verilib. Yoxlama zamanı sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhə yarandığından o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən, A.Zamanovun narkotik vasitə olan marixuana istifadə etdiyi üzə çıxıb. Həmin şəxs barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Son bir ayda bölmə əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində sərxoş vəziyyətdə və narkotik vasitənin təsiri altında avtomobil idarə edən 33 sürücü barəsində intizam tədbiri görülüb.

Son xəbərlər