Mojo.az Banner
12:15 Sürücüsüz avtomobillərin operatoru olmaq istəyənlər üçün rüsum müəyyənləşir  |     11:54 Bakıda tanınmış həkim VƏFAT ETDİ - FOTO  |     11:40 Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana taxıl və gübrə göndəriləcək  |     11:33 Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı  |     11:32 Azərbaycan nefti üç dollara yaxın bahalaşdı  |     11:29 "Bitcoin"in qiyməti 62 min dollardan aşağı düşüb  |     11:27 Kamçatka sahillərində ardıcıl 30-dan çox zəlzələ qeydə alınıb  |     11:25 Hər gün yaşıl çay içmək hansı nəticələrə gətirib çıxara bilər?  |     11:18 "ChatGPT" istifadəçi sayının artım sürətinə görə bütün tətbiqləri qabaqladı  |     11:05 Siyəzəndə qadın sürücü QƏZA TÖRƏTDİ: Azyaşlı övladı öldü  |     23:02 Zeynəb Xanlarova uzun aradan sonra görüntüləndi – FOTO  |     22:57 Bu həftə sevgidə bəxti gətirən bürclər hansılardır?  |     22:50 Bu kənddə qaz olmayacaq  |     22:45 Əlavə məzuniyyətlər kimlərə verilir?  |     22:38 Polisə tabe olmayıb, canlı açan sürücü həbs edildi  |     22:32 Küveyt İran diplomatlarını ölkədən qovur  |     22:25 Tovuzda iki avtomobil toqquşub, ölən və yaralananlar var  |     22:20 Bakıda bağçanın damında aparılan tikinti uşaqlar üçün təhlükə törədir? - Video  |     22:11 Rövşən Muradov qəfil VƏFAT ETDİ  |     22:07 Cəlilabad sakini dayısı arvadını öldürdü  |    
Left Banner
Right Banner

Siyəzəndə qadın sürücü QƏZA TÖRƏTDİ: Azyaşlı övladı öldü

04.06.2026 11:05 102
Siyəzəndə qadın sürücü QƏZA TÖRƏTDİ: Azyaşlı övladı öldü
Siyəzəndə yüksək sürətlə idarə olunan avtomobil idarəetmədən çıxaraq aşıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) açıqlama yayıb.

Bildirilib ki, hadisə səbəbindən qadın sürücünün avtomobildə olan azyaşlı övladı həyatını itirib.

Qeyd olunub ki, Bərdədə isə avtomobili sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə edən şəxsin törətdiyi qəzada onun həyat yoldaşı dünyasını dəyişib.

BDYPİ-dən bildirilib ki, sükan arxasında bir anlıq məsuliyyətsizlik bütöv bir ailənin faciəsinə çevrilir:

"Son vaxtlar baş verən ağır yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, sürücülərin yol hərəkəti qaydalarına etinasız yanaşması bir sıra hallarda bütöv bir ailənin faciəsi ilə nəticələnir. Xüsusilə narahatlıq doğuran məqam ondan ibarətdir ki, bəzi sürücülər avtomobildə ailə üzvləri, azyaşlı övladları olsa belə, təhlükəli sürət seçir, yol hərəkəti qaydalarını kobud şəkildə pozur, hətta sərxoş vəziyyətdə sükan arxasına əyləşirlər. Belə hallarda ani diqqətsizliyin məntiqi sonluğu isə bütöv bir ailə faciəsi və ömürlük iztirabla bitir. Sadalanan faktlar bir daha göstərir ki, sürücülərin yol verdiyi xətaların qurbanları bəzən elə onların öz doğmaları olur. Halbuki bu hadisələrin mütləq əksəriyyətinin qarşısını almaq mümkündür. Əlbəttə ki, sürücü sükan arxasında məsuliyyətli davranıb yol hərəkəti qaydalarına, sürücü intizamına riayət edərsə, özü də, doğmaları da, neçə-neçə günahsız hərəkət iştirakçısı da mənzil başına sağ-salamat çatar. Unudulmamalıdır ki, avtomobil yüksək təhlükə mənbəyidir. Sükan arxasında edilən hər düşüncəsiz davranış təkcə sürücünün deyil, onun ailəsinin, yaxınlarının və digər hərəkət iştirakçılarının həyatını təhlükə altında qoyur".скачать dle 11.3
Mojo.az Banner