Mojo.az Banner
23:02 Macarıstanda parlament seçkisinin rəsmi nəticələri açıqlandı  |     22:56 Güclü yağışların səbəbi müharibədirmi?  |     22:47 Yollarda görünüş məhdudlaşacaq - Sürücülərin nəzərinə  |     22:43 Formula-1 komandalarının dəyəri nə qədərdir? - Təxmini qiymətlər  |     22:36 Azərbaycanın beş güləşçisi "Çempionlar" turnirinin ilk günündə medal qazanıb  |     22:23 Öldü, amma filmdə oynayır: Süni intellektlə geri dönən Val Kilmer  |     22:18 Qızıl bazarında saxtakarlıq riski artır: Alıcılar necə qorunsun?  |     22:10 Banka borcunu ödəməyənlərə yeni qayda tətbiq edilə bilər  |     22:03 Premyer Liqa: Prinsipial görüşdə "Sabah" "Qarabağ"ı məğlub etdi  |     21:55 Rəcəb Tayyib Ərdoğan: "İrana qarşı həyata keçirilən hücumlar regiona ciddi təsir göstərir"  |     21:47 Amerikalı reper həbsxanada bıçaqlandığı üçün 100 milyon dollar təzminat tələb edir  |     21:39 Ağdamda gənc FACİƏLİ şəkildə öldü  |     21:34 Özündən 10 yaş böyük kişini qətlə yetirdi  |     21:26 Kürün səviyyəsi qalxıb, nasos stansiyalarına fasilə verilib  |     21:21 Uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb  |     21:12 Türkiyədə məktəbdə faciə: Ölənlər və yaralanan var  |     21:00 Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanılıb  |     20:53 Sabah 25 dərəcə isti olacaq  |     20:42 Bakıda “Land Rover” yandı  |     20:34 Mingəçevirdə qazinin başına butulka ilə vurdular  |    
Left Banner
Right Banner

Sərxoş sürücünün maşını bu halda duracağa aparıla bilməz

07.10.2021 16:34 1 239
Sərxoş sürücünün maşını bu halda duracağa aparıla bilməz
Yol hərəkəti qaydalarının pozulmasına görə bir neçə hal var ki, həmin hallarda nəqliyyat vasitəsi Dövlət Yol Polisi İdarəsinin mühafizə olunan duracağına yerləşdirilir. Avtosfer.az xəbər verir ki, bunlardan biri də nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olan şəxs tərəfindən idarə olunmasıdır. Lakin, sürücü sərxoş olan zaman bu halda nəqliyyat vasitəsi duracağa aparıla bilməz.

O hal hansıdır?

İnzibati Xətalar Məcəlləsinin 96.1.4-cü maddəsində qeyd olunub ki, sürücü nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən zaman, onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda avtomobil duracağa yerləşdirilir. Qanunun bu normasına görə sərxoş sürücü yol polisi əməkdaşı tərəfindən saxlanılan zaman onunla birlikdə gedən sərnişinin sürücülük hüququ varsa, bu halda avtomobil duracağa aparıla bilməz. Yəni, sərnişin sükan arxasına keçərək sərxoş sürücünü mənzil başına kimi apara bilər. Lakin bu o demək deyil ki, sürücü məsuliyyətdən kənarda qalır.
Belə halda sərxoş sürücünün sürücülük vəsiqəsi əlindən alınır və ona müvəqqəti sürmə talonu verilərək sərbəst buraxılır.скачать dle 11.3
Mojo.az Banner