Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Ölümlə nəticələnən qəzaya görə neçə il həbs düşür? - Sərxoş sürücülərə ağır cəza

23.07.2026 22:38 375
Ölümlə nəticələnən qəzaya görə neçə il həbs düşür? - Sərxoş sürücülərə ağır cəza
Son vaxtlar sərxoş sürücülərin səbəb olduğu ağır yol-nəqliyyat hadisələri cəmiyyətdə ciddi narahatlıq doğurur. Belə qəzalar təkcə insan həyatına son qoymur, həm də təqsirkar şəxslər üçün ağır hüquqi məsuliyyət yaradır.

Bəs sərxoş vəziyyətdə avtomobil idarə edərək ölümlə nəticələnən qəza törədən şəxsi qanun qarşısında hansı cəza gözləyir?

Median.Az-ın məlumatına görə, mövzu ilə bağlı “Konkret.az”a danışan vəkil Etibar Qarayev bildirib ki, bu məsələ Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə tənzimlənir.

“Cinayət Məcəlləsinin 263-1.3.2-ci maddəsi sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə edən şəxslərin törətdiyi ağır nəticəli yol-nəqliyyat hadisələrinə görə məsuliyyəti müəyyən edir. Bu maddəyə əsasən, avtomobili və ya digər mexaniki nəqliyyat vasitəsini alkoqollu içkilərin, narkotik vasitələrin və ya psixotrop maddələrin təsiri altında idarə edən şəxs yol hərəkəti qaydalarını pozarsa və həmin pozuntu ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olarsa, cinayət məsuliyyəti daşıyır. Belə əməllər qanunvericilikdə ağır cinayət kimi qiymətləndirilir və ciddi cəza nəzərdə tutulur”.

Vəkil qeyd edib ki, belə hallarda təqsirli şəxs 5 il müddətədək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası ilə üzləşir.

Etibar Qarayev vurğulayıb ki, sərxoş vəziyyətdə sükan arxasına əyləşmək həm sürücünün, həm də digər hərəkət iştirakçılarının həyatını ciddi təhlükə altına atır və qanunvericilik bu cür əməllərə qarşı sərt məsuliyyət nəzərdə tutur.

Son xəbərlər