Mojo.az Banner
22:54 Kennedinin qohumu Rusiyada qiyabi həbs olundu  |     22:46 Tümendən Bakıya uçan təyyarə Ufada məcburi eniş etdi  |     22:44 Bakıdan Yekaterinburqa uçmalı olan təyyarə xarab olub - 24 saatdan çox gecikmə qeydə alınıb  |     21:40 "Fənərbağça" Lukakunu transfer etdi  |     21:30 13:31 saatının mənası nədir?  |     21:07 Ələt-Astara yolunda AĞIR QƏZA: Xəsarət alanlar var  |     20:50 “Tesla” bu problemə görə 20 mindən çox avtomobili geri çağırır: Səbəbi isə bu imiş  |     20:44 İlin ikinci Günəş tutulması başa çatdı (YENİLƏNİB)  |     20:41 "İnter" ingilis futbolçunu transfer etdi  |     20:35 Hörmüz boğazı ilə bağlı GƏRGİNLİK: Trampdan SƏRT AÇIQLAMA  |     20:18 Bloqer Hüseyn Həsənov məhkəmə qərarından şikayət verdi  |     19:50 "Sabah" ABŞ-dən olan basketbolçu Frenki Fidlerin transferini açıqlayıb  |     19:47 Öldüyü açıqlanan futbolçu "morq"da DİRİLDİ  |     19:42 6 yeni “iPhone” modeli hazırlanır  |     19:19 Xocavənddə mina partladı: Xəsarət alanlar var  |     19:06 Ukrayna 26 kəndi geri qaytardı  |     19:01 Yasamalda oğurluq edənlər saxlanıldı  |     18:52 Mingəçevir su anbarında gənc batdı  |     18:42 Kobaxidze Azərbaycan Prezidentinin Naxçıvanda verdiyi mesajlara münasibət bildirib  |     18:29 "Dinamo"nun baş məşqçisi: "Qarabağ"la matç çox gərgin keçəcək"  |    
Left Banner
Right Banner

Avtomobil bazarında qiymətlər necədir?

09.07.2026 17:09 216
Avtomobil bazarında qiymətlər necədir?
Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) bu ilin iyun ayı üzrə açıqladığı avtomobil indeksi ölkənin avtomobil bazarında qiymət sabitliyinin qorunduğunu, eyni zamanda bazarın strukturunda yenilənmə meyillərinin gücləndiyini göstərir.

Palatadan bildirilib ki, iyunda avtomobil indeksi 103,5 bənd təşkil edib. Göstərici 2025-ci ilin dekabr ayı üzrə baza dövrü ilə müqayisədə qiymət səviyyəsinin yüksək qaldığını göstərsə də, may ayına nisbətən 0,6 % azalıb. Palatanın qiymətləndirməsinə görə, bu dinamika bazarda kəskin ucuzlaşmadan deyil, qiymətlərin sabitləşməsi və tarazlaşmasının davam etməsindən xəbər verir.

Hesabat dövründə median satış qiyməti 17 900 manat olub və əvvəlki ayla müqayisədə ciddi dəyişməyib. Orta qiymətdə qeydə alınan cüzi azalma isə bazara daha aşağı qiymətli avtomobillərin daxil olması və satış strukturundakı dəyişikliklərlə izah edilir. Qeyd olunur ki, beynəlxalq qiymətləndirmə metodologiyalarına əsasən bazardakı real qiymət dinamikasını ən dəqiq əks etdirən göstərici median qiymət hesab olunduğundan, iyunda ümumi qiymət səviyyəsi sabit qalıb.

İyun ayında bazarın 91,8 %-ini ikinci əl avtomobillər təşkil edib. AQP bunu istehlakçıların daha əlçatan qiymət seqmentinə üstünlük verməsi, eləcə də yeni avtomobillərin qiyməti və maliyyələşdirmə imkanları ilə əlaqələndirir. Bazarın model strukturunda sedan avtomobillər 46,3 % payla liderliyini qoruyub. SUV və krossoverlərin payı isə 26,9 %-ə yüksələrək artım tendensiyasını davam etdirib.

Palatanın qiymətləndirməsinə görə, bu dinamika alıcıların daha funksional, təhlükəsiz və komfortlu avtomobillərə, xüsusilə ailə istifadəsi üçün nəzərdə tutulan modellərə marağının artdığını göstərir. Satışa çıxarılan avtomobillərin orta yaşı 14,7 il, orta buraxılış ili isə 2011-ci il olub. Bu göstəricilər ölkənin avtomobil parkının orta yaşının hələ də yüksək olduğu və yenilənmə prosesinin mərhələli şəkildə davam etdiyi vurğulanır.

İyun ayında satışa çıxarılan avtomobillərin orta yürüşü 210 min kilometrdən bir qədər artıq olub. Əvvəlki aylarla müqayisədə aşağı olan bu göstərici bazara daha az istismar olunmuş avtomobillərin daxil olduğunu göstərir və avtomobillərin texniki vəziyyəti ilə bazar dəyərinə müsbət təsir göstərən amillərdən biri kimi qiymətləndirilir.

Hesabat ayında aktiv satış elanlarının sayı 43 318-dən 41 192-yə enib. Təxminən 4,9 %-lik azalma əsasən mövsümi amillərlə izah olunur. AQP hesab edir ki, yay mövsümünün başlanması ilə satış aktivliyinin nisbətən zəifləməsi bazarın ümumi likvidliyinə ciddi təsir göstərməyib və bazarda rəqabət mühiti qorunub.

Palatanın proqnozuna görə, mövcud tendensiyalar fonunda bu ilin yay aylarında da avtomobil bazarında ciddi qiymət dəyişiklikləri gözlənilmir. Avtomobil İndeksinin 103-105 bənd intervalında dəyişəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, AQP hər ay daşınmaz əmlak, avtomobil və tikinti sektorları üzrə indekslər hazırlayaraq bazarın vəziyyətini əks etdirən analitik hesabatlar dərc edir.скачать dle 11.3
Mojo.az Banner