Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Şəhid ailələrinin pulunu mənimsəyən məmura ağır cəza verildi

19.10.2026 17:30 192
Şəhid ailələrinin pulunu mənimsəyən məmura ağır cəza verildi
Rüşvət almaqda və dələduzluq etməkdə təqsirləndirilən Şəki Şəhər İcra Hakimiyyətinin sabiq şöbə müdiri Tural Məmmədovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Median.Az
APA-ya istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub, T.Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib. Eyni zamanda, zərərçəkmişlərin məhkəməyə təqdim etdikləri mülki iddialar təmin edilib və təqsirləndirilən şəxsin üzərinə dəymiş ziyanı ödəmək öhdəliyi qoyulub.

İttihama görə, Tural Məmmədov Şəki Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsində işlədiyi dövrdə şəhid ailələrini və müharibə iştirakçılarını çoxmənzilli yaşayış binasından mənzillə təmin olunmalarına kömək edəcəyinə, həmçinin müharibə iştirakçılarının ailə üzvlərini iş üçün texniki avadanlıqlarla təmin etdirəcəyinə inandıraraq onlardan müxtəlif məbləğlərdə pul alıb və dələduzluq edib.

O, eyni zamanda, şəhid ailələrini və müharibə iştirakçılarını avtomobillə təmin olunmalarına kömək edəcəyinə dair vədlər verərək aldadıb və külli miqdarda rüşvət almaqda təqsirləndirilib.

Tural Məmmədova Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə), 178.2.3-cü (dələduzluğun qulluq mövqeyindən istifadə etməklə törədilməsi), 178.2.4-cü (dələduzluğun xeyli miqdarda ziyan vurmaqla törədilməsi), 311.3.2-ci (rüşvət alma, təkrar törədildikdə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.скачать dle 11.3

Son xəbərlər