Mojo.az Banner
SON DƏQİQƏ
18:44 Qazaxda avtomobil 12 yaşlı qızı vurdu  |     18:23 Azərbaycanda quş əti və yumurta istehsalı artıb  |     18:10 Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb  |     17:58 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi  |     17:50 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarının fəaliyyətində problemlər müşahidə olunur - Foto  |     17:46 Tələbələrin təqaüdləri artırılacaq?  |     17:22 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu  |     17:09 Bərdədə sanitar huşsuz vəziyyətdəki pasiyenti döyüb  |     16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     16:28 Prezident Valeh Ələsgərovu təltif etdi  |     15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |     14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Jurnalistlər üçün süni intellektlə bağlı yeni qaydalar hazırlanır

16.10.2026 13:08 222
Jurnalistlər üçün süni intellektlə bağlı yeni qaydalar hazırlanır
"Azərbaycan Jurnalistlərinin Etik Davranış kodeksi qaydalarına yeni prinsip əlavə edilir. Süni intellektlə bağlı prinsipin hazırlanması istiqamətində iş aparılır".

Bunu Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Azərbaycan jurnalistlərinin IX qurultayında çıxışı zamanı deyib.

O bildirib ki, yeni prinsip media subyektlərinin fəaliyyətində süni intellektdən istifadə qaydalarını müəyyənləşdirəcək:

"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir. Bu qaydalarda süni intellektdən istifadənin məqsədləri, sərhədləri, yoxlama prosedurları və redaksiyanın məsuliyyəti aydın şəkildə müəyyənləşdirilir. Redaksiyalar öz əməkdaşlarının süni intellektdən istifadə bacarıqlarının artırılması üçün müvafiq şərait yaratmalıdır".

"Süni intellektin köməyi ilə yaradılan, dəyişdirilən və əhəmiyyətli dərəcədə formalaşdırılan məzmunun auditoriya tərəfindən düzgün anlaşılmasını təmin etmək məqsədilə şəffaflıq təmin edilməlidir. Auditoriyanı çaşdıra biləcək süni intellekt mənşəli foto, audio, video və digər məzmun müvafiq qaydada işlənməli və onun mənşəyi barədə auditoriyaya məlumat verilməlidir. Süni intellekt sistemlərindən istifadə zamanı müəlliflik hüquqları, şəxsi məlumatların və mənbələrin məxfiliyi, insan ləyaqəti və ayrı-seçkiliyə yol verilməməsi prinsiplərinə riayət edilməlidir", - deyə M.Ələsgərli əlavə edibскачать dle 11.3

Son xəbərlər