Kirayəçi evi boşaltmasa, ev sahibi nə edə bilər? – Hüquqşünasdan açıqlama
Mənzilin kirayəyə verilməsi zamanı tərəflər arasında yazılı müqavilənin bağlanması yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi baxımından deyil, həm də ev sahibinin və kirayəçinin hüquqlarının qorunması üçün vacibdir. Şifahi razılaşma əsasında yaranan kirayə münasibətləri sonradan ödəniş, mənzilin boşaldılması, əmlaka dəymiş zərərin ödənilməsi və digər məsələlər üzrə mübahisələrə səbəb ola bilər. Bu baxımdan, kirayə müqaviləsinin hüquqi baxımdan düzgün hazırlanması tərəflər üçün mühüm təminat yaradır.
Ev sahibinin mənzili yazılı müqavilə olmadan kirayəyə verməsi hansı hüquqi risklər yarada bilər?
Mövzu ilə bağlı hüquqşünas Elnur Məmmədov Median.Az-a açıqlamasında deyib ki, mənzilin yazılı kirayə müqaviləsi bağlanmadan icarəyə verilməsi ev sahibi üçün bir sıra hüquqi risklər yaradır:
“Belə halda tərəflər arasında razılaşdırılmış kirayə haqqının məbləğinin, ödəniş müddətinin, kirayə münasibətlərinin davametmə və xitam şərtlərinin, habelə mənzilin ilkin vəziyyətinin və əmlaka dəymiş zərərin sübut edilməsi çətinləşə bilər. Kirayəçinin kirayə haqqını ödəməməsi, mənzili könüllü qaydada boşaltmaması və ya əmlaka zərər vurması hallarında ev sahibi qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edərək mənzilin boşaldılmasını, yaranmış borcun və sübut edilmiş maddi zərərin ödənilməsini tələb edə bilər”.
Onun sözlərinə görə, bu zaman bank ödənişləri, tərəflər arasında yazışmalar, foto və video materiallar, təhvil-təslim sənədləri və digər sübutlar mühüm əhəmiyyət daşıyır:
“Bununla yanaşı, ev sahibinin kirayəçini məhkəmə qərarı olmadan özbaşına mənzildən çıxarması və ya digər məcburetmə tədbirlərinə əl atması hüquqi mübahisələrə və əlavə məsuliyyət riskinə səbəb ola bilər. Mənzilin kirayəyə verilməsi zamanı yazılı müqavilənin bağlanması tərəflərin hüquq və öhdəliklərinin dəqiq müəyyənləşdirilməsi, mümkün mübahisələrin qarşısının alınması və hüquqların məhkəmə qaydasında effektiv müdafiəsi baxımından mühüm hüquqi təminatdır”.
Aysel