Mojo.az Banner
11:28 Sumqayıtda faciə: kişi binadan yıxılıb öldü  |     11:22 Qızıl və gümüş bahalaşdı  |     11:18 Bakıda və Abşeronda hava iki gün tozlu olacaq  |     11:14 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib  |     11:10 Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü  |     23:00 Korrupsiya barədə məlumat verən şəxslər hansı hüquqlara sahib olacaq? - AÇIQLAMA  |     22:52 Arbeloa cərimələndi  |     22:45 Bu mənzillərin kirayə qiymətləri artacaq - EKSPERTDƏN PROQNOZ  |     22:39 İstanbulda məktəblər bağlandı, motosikletlərə qadağa qoyuldu  |     22:32 Bakıya gələcək erməni əsilli nazir kimdir? - Dosye  |     22:27 Ən qənaətcil 3 bürc - Hər qəpiyin qədrini bilirlər  |     22:18 Reper Navai narkotik aldığını etiraf edib (Yenilənib)  |     22:13 Bakıda minik avtomobili atla toqquşdu - Video  |     22:00 Qətər əmiri Azərbaycana səfərə gəlib - Foto  |     21:53 Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi  |     21:48 Mingəçevirdə ASAN Xidmətə işə düzəltmək adı ilə 2 min manat alıb  |     21:40 İşə düzəltmək və sürücülük vəsiqəsi almaq vədi ilə 3 200 manatlıq dələduzluq  |     21:35 Antakyada əməliyyat: Azərbaycanlı qadın deportasiya edildi  |     21:28 Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?  |     21:23 Ordumuzun ilk qadın snayperi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş

14.10.2026 12:07 213
Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş
Lənkəranda arvad ərini döyərək bıçaqlayıb.

Hadisə Lənkəran şəhəri ərazisində baş verib.

Şəhər sakini Şadil Məmmədov (soyad şərtidir - red.) birinci ailəsindən boşanmış 4 uşaq anası olan Aytənlə evlənib. Bir müddətdən sonra onların bir övladı olub. Bir neçə gün əvvəl Şadil işdən evə gələrkən Aytən ondan uşaq üçün yemək pulu istəyib. Şadil isə pulunun olmadığını bildirib. Məsələdən əsəbiləşən Aytən Şadillə mübahisə edib və ona qazandığı pulları əxlaqsız qadınlara xərclədiyini bildirib. Şadil isə pullarını heç kimə xərcləmədiyini deyib. Bu vaxt Aytən mətbəx bıçağı ilə Şadilə hücum edib. O, Şadili ayaq nahiyəsindən bıçaqlayıb hadisə yerindən qaçıb.

Hadisə yerinə polis əməkdaşları gəliblər, araşdırmalar başlanılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Aytən saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmədə məlum olub ki, Aytən bir müddət əvvəl də Şadili döydüyü üçün ona cinayət işi başlanılıb. Lakin Şadil həmin vaxt həyat yoldaşını bağışladığı üçün cinayət işinə xitam verilib.

Budəfəki prosesdə isə Şadil Aytəni bağışlamayıb və ona cəza verilməsini istəyib. Məhkəmənin hökmü ilə Aytənə 6 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner