Mojo.az Banner
19:52 Alyona Əliyeva I Beynəlxalq İnklüziv Məşğulluq Konfransından paylaşım edib - Foto  |     19:41 Qızının makiyajına görə direktorla mübahisə edən ata həbs olundu  |     19:30 COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb  |     19:14 8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək  |     18:57 Tanınmış bloqerin keçmiş həyat yoldaşı həbs edildi - Səbəb  |     18:44 Rusiya TRIPP layihəsində iştirak etməyə hazırdır  |     18:38 Rüşvət alarkən yaxalanan bələdiyyə sədrinə ağır cəza  |     18:32 Qusarda vəhşi heyvanlar üç nəfərə xəsarət yetirib  |     18:28 Saleh Səmədova hökm oxundu  |     18:26 Uşaqlarının gözü qarşısında silah istifadə edən reper karyerası barədə qərar verdi  |     17:20 Lavrov Azərbaycana təşəkkür etdi  |     17:19 Milli Məclisin sədri Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri ilə görüşüb  |     16:47 Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır"  |     16:42 Nazirliyin bölmə rəisi rüşvət verməyən şəxsi evsiz qoyub - Məhkəmə  |     16:39 Bakıda maşını xarab olan sürücü həbs olundu  |     16:34 Azərbaycan üçün yeni mərhələ: AQEM sammiti hansı fürsətləri yaradır?  |     16:26 Laos prezidenti Azərbaycanın regional rolundan danışdı  |     16:20 Ətin qiyməti ilə PİS XƏBƏR – Yaxın zamanda...  |     16:17 Hakan Fidan və Sergey Lavrov Bakıda görüşdülər  |     16:15 Emoməli Rəhmon İlham Əliyevə təşəkkür etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

İşə düzəltmək və sürücülük vəsiqəsi almaq vədi ilə 3 200 manatlıq dələduzluq

14.10.2026 21:40 150
İşə düzəltmək və sürücülük vəsiqəsi almaq vədi ilə 3 200 manatlıq dələduzluq
Təcili tibbi yardım avtomobilinin sürücüsü vəzifəsinə işə düzəltmək və “D” və “E” kateqoriyalı sürücülük vəsiqələri almaq adı ilə vətəndaşdan 3 200 manat alan şəxs barəsində məhkəmə hökmü çıxarılıb.

O, Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

İş materiallarına əsasən, təqsirləndirilən şəxs zərərçəkmişə Bakı şəhərindəki xəstəxanalardan birində təcili tibbi yardım avtomobilinin sürücüsü kimi işə düzəlməyə kömək edəcəyini bildirib. Bunun müqabilində 2 000 manat, avtomobili idarə etmək üçün tələb olunan “D” və “E” kateqoriyalı sürücülük vəsiqələrinin alınmasına görə isə əlavə 1 200 manat istəyib.

Tərəflər ümumilikdə 3 200 manat ödənilməsi barədə razılığa gəliblər. Zərərçəkmiş həmin məbləği bir neçə əməliyyatla təqsirləndirilən şəxsin bank kartına köçürüb. Pulun 300 manatı elektron ödəniş sistemi vasitəsilə, 900 manatı mobil tətbiq üzərindən, qalan 2 000 manatı isə zərərçəkmişin həyat yoldaşının bank kartından iki ayrı köçürmə ilə göndərilib.

İstintaqın gəldiyi nəticəyə görə, təqsirləndirilən şəxs vəd etdiyi işi və sürücülük vəsiqələrini təmin etmək adı ilə pulu alaraq ələ keçirib.

Məhkəmə iclasında ifadə verən təqsirləndirilən şəxs elan olunmuş ittihamla razılaşaraq özünü təqsirli bilib. O, qaynaqçı işlədiyini, zərərçəkmişlə ortaq tanış vasitəsilə əlaqə yaratdığını və işə düzəltmək üçün pul aldığını bildirib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, zərərçəkmişi işlə təmin etmək üçün müxtəlif vakansiyalara müraciət etsə də, cəhdləri nəticəsiz qalıb. O, aldığı pulu şəxsi ehtiyaclarına xərclədiyini də etiraf edib.

Zərərçəkmiş isə məhkəmədə əvvəlki ifadəsini təsdiqləyərək təqsirləndirilən şəxslə üzbəüz görüşmədiyini, onunla yalnız telefon vasitəsilə danışdığını bildirib.

Məhkəmə təqsirləndirilən şəxsin etirafedici ifadəsini, zərərçəkmişin və şahidlərin ifadələrini, eləcə də iş materiallarında olan digər sənədləri araşdıraraq ittihamın sübuta yetirildiyi qənaətinə gəlib.
//qaynar.azскачать dle 11.3
Mojo.az Banner