Mojo.az Banner
13:25 Kartdan-karta köçürmələrə limitləri banklar özləri müəyyənləşdirir  |     13:20 Paşinyan sülh müqaviləsi ilə bağlı tarix açıqladı  |     13:12 Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb  |     13:08 Şəhid anası vəfat etdi  |     13:02 İtaliya nümayəndə heyəti ölkəmizə səfər edib  |     12:55 İndoneziyada turist gəmisi batdı  |     12:50 Maşın saxlamaq qadağandır işarəsi olsa da, məhəl qoyan yoxdur - VİDEO  |     12:41 4 manat üstündə dava - Sürücü döyüldü  |     12:36 Məşhur marketdə işə düzəldi, bir gün sonra oğurluq etdi  |     12:29 Laos üzv dövlət qismində AQEM-ə qoşulub  |     12:24 Daha bir ölkədə reper Navai ilə bağlı araşdırma başladı  |     12:21 Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - Tarix açıqlandı  |     12:17 Yasamalda atla təhlükə yaradan şəxs saxlanıldı - Video  |     12:16 Gənc müəllimlərdən məktəblərdə vahid geyim forması məsələsi ilə bağlı valideynlərə çağırış  |     12:13 Qazaxıstanda saxlanılan azərbaycanlı repçini hansı cəza gözləyir?  |     12:11 Dayısı arvadını qətlə yetirdikdən sonra meyit üzərində əxlaqsız hərəkətlər edibmiş - Əri qatildən şikayətçi olmadı  |     12:10 Reper Diddinin həbsxanada xəsarət almasının səbəbi məlum oldu  |     12:02 Bakıda nasaz yük maşını əsas prospektlərdən birini bağladı  |     11:58 Sumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video  |     11:40 Azərbaycan nefti 4 dollaradək ucuzlaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıya gələcək erməni əsilli nazir kimdir? - Dosye

14.10.2026 22:32 309
Bakıya gələcək erməni əsilli nazir kimdir? - Dosye
Fələstinin erməni əsilli xarici işlər və diaspor naziri Varsen Aqabekyan Şahinin Azərbaycana səfəri gözlənilir.

O, oktyabrın 15-də Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə Fələstini təmsil edəcək.

Median.Az bildirir ki, Bakıya ilk dəfə səfər edəcək Varsen Aqabekyan Şahin erməni əsilli Fələstin siyasətçisi və akademikdir. O, 1958-ci ildə İordaniyanın paytaxtı Əmmanda anadan olub. ABŞ-da ali təhsil alan Aqabekyan Şahin İndiana Universiteti-Purdue Universitetində magistr dərəcəsi alıb, 1988-ci ildə isə Pittsburq Universitetində təhsil siyasəti və idarəetmə istiqaməti üzrə doktorluq dərəcəsinə yiyələnib.

O, uzun illər akademik sahədə fəaliyyət göstərib. 1988-2008-ci illərdə Qüds Universitetində çalışıb, 1995-1998-ci illərdə Səhiyyə Peşələri fakültəsinin, 1998-2000-ci illərdə isə Magistratura təhsili fakültəsinin dekanı olub. Bununla yanaşı, Fələstində səhiyyə insan resurslarının inkişafı, təhsil, institusional quruculuq və mədəniyyət layihələrində müxtəlif rəhbər vəzifələr tutub.

Aqabekyan Şahin 2016-2018-ci illərdə Fələstinin Müstəqil İnsan Hüquqları Komissiyasının baş komissarı vəzifəsində çalışıb. O, həmçinin Fələstində kilsələrin fəaliyyəti və tarixi dini abidələrin bərpası ilə bağlı prezident komitələrinin işində iştirak edib, qadın hüquqları və insan hüquqları məsələləri üzrə fəaliyyət göstərib.

O, 2024-cü il martın 31-də Fələstin hökumətində xarici işlər və diaspor məsələləri üzrə dövlət naziri vəzifəsinə başlayıb. 2025-ci il iyunun 23-də isə prezident Mahmud Abbasın qərarı ilə Fələstinin xarici işlər və diaspor naziri təyin olunub. Bu təyinatla Aqabekyan Şahin ölkənin diplomatik qurumuna rəhbərlik edən ilk qadın olub.

Qeyd edək ki, AQEM-in VII Zirvə Görüşü oktyabrın 15-də Bakıda keçiriləcək. Tədbirdə təşkilata üzv ölkələrin və digər tərəfdaş dövlətlərin yüksək səviyyəli nümayəndələrinin iştirakı gözlənilir./milli.az/скачать dle 11.3
Mojo.az Banner