Mojo.az Banner
13:25 Kartdan-karta köçürmələrə limitləri banklar özləri müəyyənləşdirir  |     13:20 Paşinyan sülh müqaviləsi ilə bağlı tarix açıqladı  |     13:12 Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb  |     13:08 Şəhid anası vəfat etdi  |     13:02 İtaliya nümayəndə heyəti ölkəmizə səfər edib  |     12:55 İndoneziyada turist gəmisi batdı  |     12:50 Maşın saxlamaq qadağandır işarəsi olsa da, məhəl qoyan yoxdur - VİDEO  |     12:41 4 manat üstündə dava - Sürücü döyüldü  |     12:36 Məşhur marketdə işə düzəldi, bir gün sonra oğurluq etdi  |     12:29 Laos üzv dövlət qismində AQEM-ə qoşulub  |     12:24 Daha bir ölkədə reper Navai ilə bağlı araşdırma başladı  |     12:21 Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - Tarix açıqlandı  |     12:17 Yasamalda atla təhlükə yaradan şəxs saxlanıldı - Video  |     12:16 Gənc müəllimlərdən məktəblərdə vahid geyim forması məsələsi ilə bağlı valideynlərə çağırış  |     12:13 Qazaxıstanda saxlanılan azərbaycanlı repçini hansı cəza gözləyir?  |     12:11 Dayısı arvadını qətlə yetirdikdən sonra meyit üzərində əxlaqsız hərəkətlər edibmiş - Əri qatildən şikayətçi olmadı  |     12:10 Reper Diddinin həbsxanada xəsarət almasının səbəbi məlum oldu  |     12:02 Bakıda nasaz yük maşını əsas prospektlərdən birini bağladı  |     11:58 Sumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video  |     11:40 Azərbaycan nefti 4 dollaradək ucuzlaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edəcək

14.10.2026 12:10 261
Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edəcək
15-16 oktyabr 2026-cı il tarixlərində Bakı şəhərində inklüziv məşğulluq sahəsinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. Dünyanın müxtəlif ölkələrindən tanınmış ekspertləri, dövlət qurumlarını, beynəlxalq təşkilatları, özəl sektor nümayəndələrini, akademik dairələri və vətəndaş cəmiyyəti institutlarını bir araya gətirəcək İnklüziv Məşğulluq Konfransı autizmli və digər əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyasının gücləndirilməsi istiqamətində Azərbaycanın ən genişmiqyaslı beynəlxalq platformalarından biri olacaq.

Konfransın əsas məqsədi inklüziv məşğulluq sahəsində beynəlxalq təcrübənin Azərbaycanda tətbiqini təşviq etmək, dövlət-özəl sektor əməkdaşlığını genişləndirmək, işəgötürənlərin əlçatan və inklüziv iş mühitinin yaradılması istiqamətində maarifləndirilmək, eləcə də autizmli və digər əlilliyi olan şəxslərin dayanıqlı məşğulluq imkanlarının artırılmasına töhfə verməkdir.

Konfrans çərçivəsində ABŞ, İrlandiya, Fransa, Türkiyə və digər ölkələrdən tanınmış mütəxəssislərin iştirakı nəzərdə tutulur. Tədbirdə həmçinin Azərbaycanın aparıcı dövlət qurumları və özəl sektor nümayəndələri inklüziv məşğulluq sahəsində həyata keçirdikləri təşəbbüsləri və uğurlu təcrübələri təqdim edəcəklər. Konfransın 200-ə yaxın yerli və beynəlxalq iştirakçını qəbul etməsi planlaşdırılır.

Tədbir Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, "Regional İnkişaf" İctimai Birliyi və "Birgə və Sağlam" İctimai Birliyi tərəfindən təşkil olunur. Konfransın baş sponsoru "AzerGold" QSC, sponsorları isə "BP Azerbaijan", AZAL və "AirArabia"dır. Tədbir Dövlət Məşğulluq Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, "SOCAR Midstream Gas Operations", eləcə də digər tərəfdaş qurumların dəstəyi ilə həyata keçirilir.

Beynəlxalq İnklüziv Məşğulluq Konfransı Azərbaycanın inklüziv məşğulluq ekosisteminin inkişafına töhfə verən, beynəlxalq tərəfdaşlıqları gücləndirən və hər kəs üçün bərabər məşğulluq imkanlarının təşviqinə xidmət edən mühüm platforma olacaq.скачать dle 11.3
Mojo.az Banner