Deputat: Uşaqlar dinin və baş örtüyünün mahiyyətini hələ dərk etmirlər
“Vahid məktəbli geyiminin tətbiqi bu gün təhsilin keyfiyyətinin daha da artırılması və şagirdlərin diqqətinin dərslərə yönəldilməsi baxımından olduqca vacib qərardır. Hər bir vətəndaş bu qərara hörmətlə yanaşmalıdır. Tətbiq olunan vahid məktəbli forması hər bir valideynin övladının daha yaxşı təhsil almasına, dünyagörüşünün zənginləşməsinə, intellektual və idrak qabiliyyətlərinin inkişafına xidmət edir”.
Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu Median.Az-a açıqlamasında deyib.
Bildirib ki, yeni nəslin idrak keyfiyyətləri hələ formalaşma mərhələsindədir:
“Bununla bağlı məşhur bir nəzəriyyə var ki, “ağ kağız nəzəriyyəsi”. Əslində, bu gün məktəblərdə şagirdlərin gələcək sosial və milli kimliyinin əsaslarını həmin ağ vərəqə yazırıq, onların düşüncəsinə müəyyən dəyərlər aşılayırıq. Uşaqlar hələ dinin, baş örtüyünün və mövhumatın mahiyyətini tam dərk etmirlər. Eyni zamanda, Azərbaycanı dini amillərdən istifadə etməklə öz təsiri altına salmaq istəyən imperialist düşüncənin mahiyyətini də anlamırlar. Buna görə də onların əvəzinə düzgün qərarlar qəbul etmək, gələcəkdə azərbaycanlı kimliyi ilə qürur duyan, milli hissləri güclü olan, dövlətini və millətini sevən bir nəslin yetişməsinə şərait yaratmaq bizim üzərimizə düşür”.
Deputat qeyd edib ki, uşaqlarımızın dinlə bağlı təsəvvürləri indidən manipulyasiyaya məruz qala bilər:
“Onlara baş örtüyü adı altında başqa ölkələrə məxsus yad ideologiyalar təbliğ olunarsa, bu, onların İslam dininin həqiqi mahiyyətini öyrənməsinə mane ola bilər. Məsələnin əsas mahiyyəti də bundan ibarətdir. Çünki belə olan halda uşaqlar din adı altında əslində hansısa ölkənin şovinist və radikal millətçi ideologiyasını mənimsəmiş olacaqlar. Ona görə də bu istiqamətdə təkcə uşaqlar arasında deyil, valideynlər arasında da maarifləndirmə işləri aparılmalı, qəbul olunan qərarların mahiyyəti və məqsədi onlara ətraflı izah edilməlidir”.
Aysel