Mojo.az Banner
12:31 Aprelin 1-dən kartdan-karta köçürmələrdə komissiya tutulacaq - Rəsmi  |     12:18 Kirayəçi evi boşaltmasa, ev sahibi nə edə bilər? – Hüquqşünasdan açıqlama  |     12:16 Bakıda gecə klubunda dava: Müdir ofisiantı döydü  |     12:10 Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edəcək  |     12:08 Azərbaycan nefti ucuzlaşdı  |     12:07 Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş  |     11:56 İlahiyyatçıdan hicab açıqlaması: Örtünmə hansı yaşdan vacib sayılır?  |     11:53 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olub - Rəsmi (Yenilənib)  |     11:49 Azərbaycan UEFA reytinqində irəlilədi  |     11:46 Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasdan məhrum edildi  |     11:43 Şirvanda hündürlükdən yıxılan bir yaşlı uşaq xəstəxanada ölüb  |     11:40 "Valideynlər uşaqlardan alət kimi istifadə etməməlidir" — Psixoloq  |     11:29 Azərbaycanda uşağını bağçaya aparan ana hücuma məruz qaldı: Üç yaşlı oğlu bıçaqlandı - Detallar (Video)  |     11:18 Bir yaşlı Məhəmməd anası tərəfindən amansızlıqla öldürülüb - Təfərrüat  |     11:11 ABŞ-də gənc teleulduz güllələndi  |     20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

İlahiyyatçıdan hicab açıqlaması: Örtünmə hansı yaşdan vacib sayılır?

14.10.2026 11:56 504
İlahiyyatçıdan hicab açıqlaması: Örtünmə hansı yaşdan vacib sayılır?
Son günlər Azərbaycanda hicab və dini örtünmə məsələsi cəmiyyətdə geniş müzakirə olunan mövzulardan birinə çevrilib. İslam dinində hicabın yeri, qadınların örtünməsinin dini baxımdan vacib hesab edilib-edilməməsi və bu qaydanın hansı yaşdan etibarən tətbiq olunması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bir qisim insan İslamda hicabın məcburi dini göstəriş olmadığını iddia edir, digər qisim isə müqəddəs kitabda və dini mənbələrdə qadınların örtünməsi ilə bağlı tələblərin yer aldığını bildirir.

Müzakirələr fonunda İslam dininin qadınların geyimi və örtünməsi ilə bağlı mövqeyinin aydınlaşdırılması, dini mətnlərin bu məsələyə necə yanaşdığının izah edilməsi xüsusi əhəmiyyət daşıyır. Bəs Quranda hicab və örtünmə ilə bağlı hansı müddəalar yer alır?

Mövzu ilə bağlı ilahiyyatçı Əkrəm Həsənov Median.Az-a açıqlamasında bildirib ki, islamda olan məsələlərə Qurani Kərim, Peyğəmbərin hədisləri və alimlərin bu mövzu barədə fikirlərinə istinad etmək lazımdır:

“Hicabın Allahı əmri olması barədə də kifayət qədər dəlillər var. Bəzən İslamda hicabın olmadığı, qadının örtünməsi ilə bağlı hökmlərin sonradan formalaşdırıldığı iddia edilir. Lakin Qurani Kərimin müvafiq ayələrinə və klassik təfsirlərə nəzər saldıqda görürük ki, qadının örtünməsi İslamın ilkin mənbələrində öz əksini tapıb. Nur surəsinin 31-ci ayəsində mömin qadınlara baxışlarını qorumaq, iffətlərinə riayət etmək və örtüklərini yaxalarının üzərinə salmaq əmr olunur. Əhzab surəsinin 59-cu ayəsində isə Peyğəmbərə (s.ə.s) mömin qadınlara üst geyimlərini üzərlərinə almalarını bildirməsi əmr edilir. Bu ayələr əsasında İslam alimlərinin böyük əksəriyyəti yetkinlik yaşına çatmış müsəlman qadının naməhrəmlər qarşısında şəriətə uyğun örtünməsini dini vəzifə hesab ediblər. İmam Təbəri, İbn Kəsir, Qurtubi və digər məşhur təfsir alimlərinin əsərlərində də bu məsələyə geniş yer verilib. Fiqh məzhəbləri arasında örtünmənin ayrı-ayrı təfərrüatları, o cümlədən üzün örtülməsi məsələsində fərqli rəylər mövcuddur. Ancaq bədənin örtülməsi ilə bağlı əsas prinsip İslam hüququnun ənənəvi yanaşmasında aydın şəkildə ifadə olunub”.

O qeyd edib ki, peyğəmbərin (s.ə.s) sünnəsində də bu məsələyə dair dəlillər var:

“Əbu Davudun hədis toplusunda Aişədən (r.a) rəvayət edilən hədisdə bildirilir ki, Allah heyz yaşına çatmış qadının namazını örtüksüz qəbul etmir (Əbu Davud, 641). Bu hədisin fiqhi mənası qadının namaz zamanı örtünməsi ilə əlaqədardır. Onu başqa məsələlərə tətbiq edərkən də hədisin kontekstini nəzərə almaq lazımdır. Burada mühüm bir məqamı da qeyd etmək istəyirəm. Hicab yalnız başa yaylıq bağlamaqdan ibarət deyil. İslamda örtünmə anlayışı geyimin həyalı və bədəni örtən olmasını, eləcə də insanın davranışında iffət və ədəb prinsiplərinə riayət etməsini əhatə edir. Qurani-Kərim Nur surəsinin 30-cu ayəsində əvvəlcə mömin kişilərə baxışlarını qorumaq və iffətli olmaq əmrini verir, növbəti ayədə isə qadınlara müraciət edir. Deməli, İslamın əxlaq anlayışı yalnız qadının geyimi üzərində qurulmayıb. Həm kişi, həm də qadın öz davranışına, baxışına və mənəvi məsuliyyətinə görə cavabdehdir. Qadınların örtünməsi neçə yaşından vacib hesab olunur? Bu sualın cavabında İslam hüququnda əsas meyar təqvim yaşı deyil, yetkinlikdir. Yəni hicabın dini məsuliyyəti qız uşağının həddi-büluğa çatması ilə başlayır. Həddi-büluğun əlamətləri, bu əlamətlər müşahidə olunmadıqda yaş həddinin müəyyənləşdirilməsi məsələsində fiqh məzhəblərinin təfərrüatlı izahları var. Buna görə bütün uşaqlar üçün eyni təqvim yaşını mütləq hədd kimi göstərmək elmi baxımdan doğru olmaz. Həddi-büluğa çatmamış uşağın geyimi ilə bağlı isə onun yaşını, psixoloji inkişafını və ailənin tərbiyə məsuliyyətini nəzərə almaq lazımdır. Mənim fikrimcə, dini tərbiyə uşağa qorxu aşılamaqla deyil, anlayış yaratmaqla aparılmalıdır. Uşağa dinin mahiyyəti, ibadətin mənası və davranışın əxlaqi əsasları izah edilməlidir. İman yalnız zahiri görünüşlə ölçülə bilməz. İnsanın dürüstlüyü, mərhəməti, məsuliyyəti, başqalarının hüquqlarına hörməti də dini əxlaqın mühüm göstəriciləridir. Məktəblərdə vahid geyim formasına gəlincə, mən bu prinsipi dəstəkləyirəm. Məktəb ilk növbədə bilik və tərbiyə müəssisəsidir. Vahid forma şagirdlər arasında geyim fərqlərini azaltmağa, sosial bərabərlik hissini gücləndirməyə və təhsil mühitində ümumi qayda yaratmağa xidmət edə bilər. Lakin vahid forma məsələsi ilə hicabın dini hökmünü eyniləşdirmək olmaz. Birincisi təhsil müəssisəsinin geyim qaydaları ilə, ikincisi isə dindar insanın dini məsuliyyəti ilə bağlıdır. Mən əvvəllər də bildirmişəm ki, hicablı qadının təhsil alması, işləməsi, elmi fəaliyyətlə məşğul olması və ictimai həyatda iştirak etməsi onun dini geyimi ilə ziddiyyət təşkil etmir. Hicablı olmaq qadının özünü cəmiyyətdən təcrid etməsi demək deyil. Bu gün müxtəlif ölkələrdə təhsil alan, universitetlərdə çalışan, elmi araşdırmalar aparan və müxtəlif peşələrdə uğur qazanan hicablı qadınlar var. Buna görə hicabı savadsızlıq, gerilik və ya sosial həyatdan uzaqlaşma ilə əlaqələndirmək düzgün deyil. Məsələnin digər tərəfi də var”.

Sonda o diqqətə çatdırıam ki, vahid məktəbli forması tətbiq edilərkən elə praktik həll yolları nəzərdən keçirilə bilər ki, həm ümumi geyim standartları qorunsun, həm də dini inancına görə örtünən şagirdlərin təhsil hüququ zərər görməsin:

“Məktəbli forması ilə uyğunlaşdırılmış, təhlükəsizlik və tədris tələblərinə mane olmayan geyim variantlarının qiymətləndirilməsi bu baxımdan əhəmiyyətlidir. Mən hesab edirəm ki, təhsilin keyfiyyətini yüksəltmək, uşaqlara bilik vermək və onların gələcəyini təmin etmək əsas məqsədimiz olmalıdır. Dünyəvi dövlət olmaq dini inancın inkar edilməsi demək deyil. Dünyəvilik dövlətin bütün vətəndaşlara qanun çərçivəsində bərabər münasibət göstərməsini, dövlət idarəçiliyinin dini hakimiyyətlə eyniləşdirilməməsini ifadə edir. Eyni zamanda, dini etiqad azadlığı və təhsil hüququ da cəmiyyət üçün mühüm dəyərlərdir. Bu prinsiplər arasında qarşıdurma yaratmaq əvəzinə, onların hüquqi və praktik baxımdan uzlaşdırılması yollarını axtarmaq lazımdır. Mənim mövqeyim aydındır ki, İslam dinində hicabın dini vacibliyini qəbul edirəm və bunu Qurani-Kərimin ayələri, Peyğəmbərin (s.ə.s) sünnəsi və İslam alimlərinin mövqeyi əsasında izah edirəm. Eyni zamanda, məktəblərdə vahid formanın tətbiqini dəstəkləyirəm. Bu iki mövqe bir-birini mütləq şəkildə inkar etmir. Əsas məsələ dini hökmləri düzgün anlamaq, təhsil mühitində ümumi qaydalara əməl etmək və uşaqların təhsil imkanlarını qorumaqdır. Cəmiyyət olaraq bu mövzuda emosiyalarla deyil, biliklə, qarşılıqlı hörmətlə və sağlam düşüncə ilə hərəkət etməliyik. Nə hicablı qadını təhsildən və ictimai həyatdan uzaq görmək, nə də dini məsələləri bilmədən İslamda örtünmə hökmünün olmadığını iddia etmək doğru yanaşmadır. Məqsədimiz insanları bir-birinə qarşı qoymaq deyil, dini dəyərlərlə müasir təhsil və ictimai həyat arasında sağlam münasibət qurmaq olmalıdır”.

Ayselскачать dle 11.3
Mojo.az Banner