“Bura od vurub yandıracağam” – Şahidlər sirləri açır
Bakıda kafeni yandıraraq bir nəfərin ölümünə, 12 nəfərin isə xəsarət almasına səbəb olmaqda təqsirləndirilən Famil Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə veriblər.
Zərərçəkən H.Z. hadisə günü kafedə müştəri olduğunu bildirib.
“İçəri təzəcə daxil olmuşdum. Əyləşib çay sifariş verdim. Üzüm qapıya tərəf idi. Sonradan adının Famil olduğunu öyrəndiyim şəxsin əlində qabla içəri girdiyini gördüm. Düşündüm ki, yəqin pivə gətirirlər. Nədən başladığını bilmirəm, amma mübahisə yarandığını gördüm. Bundan sonra içərini tüstü-duman bürüdü. Famili əlləri yanmış vəziyyətdə yerdə uzanmış gördüm. Qapıdan çıxmaq mümkün deyildi. Məni kafenin damından çölə çıxardılar”, – deyə zərərçəkən bildirib.
H.Z. təqsirləndirilən şəxsdən şikayətçi olmadığını deyib.
Digər zərərçəkən X.C. isə hadisənin şahidi olmadığını, lakin yanğın nəticəsində onlara külli miqdarda maddi ziyan dəydiyini bildirib.
“Atam obyektin mülkiyyətçisi olub. Kafenin aylıq icarə haqqını 800 manat razılaşdırmışdıq. Hadisə günü evdə idim. Yanğın barədə məlumat verilən kimi dərhal ora getdim. Mən çatanda artıq hər şey bitmişdi. Kafe aylarla fəaliyyət göstərmədi. Bizə ümumilikdə 16 min 800 manat ziyan dəyib. Şikayətçiyəm”, – deyə o qeyd edib.
Məhkəmədə ifadə verən zərərçəkən Q.Ş. isə hadisə günü kafedə qəlyan çəkdiyini və mübahisənin necə başladığını gördüyünü deyib.
“Mübahisə ofisiant qızın artıq pul götürməsinə görə başladı. Sonra söyüş söyməyə başladılar. Ağdamlıları söyəndə mübahisə daha da qızışdı. Familin ‘Bura od vurub yandıracağam’ deyə hədələdiyini eşitdim. Bir anda hər tərəfi tüstü-duman bürüdü. Gözüm heç nə görmürdü. Əl havasına, güclə qapını tapıb bayıra çıxa bildim”, – deyə zərərçəkən bildirib.
Məhkəmənin növbəti iclası noyabrın 11-i saat 14:30-a təyin olunub.
Xatırladaq ki, hadisə 2025-ci ilin sentyabrında paytaxtın Binəqədi rayonu, Sulutəpə qəsəbəsində baş verib.
İttihama əsasən, Famil Kərimov kafenin inzibatçısı ilə mübahisə etdikdən sonra obyekti tərk edib. O, yaxınlıqdakı marketdən plastik qab götürərək yanacaqdoldurma məntəqəsindən benzin alıb və yenidən kafeyə qayıdıb.
İstintaq materiallarına görə, Famil Kərimov benzini kafenin içərisinə səpərək obyekti yandırıb.
Yanğın zamanı kafedə müştəri olan Ceyhun Əhmədli xilas olmaq üçün ikinci mərtəbədən özünü aşağı atıb. O, aldığı ağır xəsarətlər nəticəsində həyatını itirib.
Hadisə zamanı daha 12 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan bəziləri alovdan xilas olmaq üçün ikinci mərtəbədən tullanarkən onurğa sütununun sınığı da daxil olmaqla ağır xəsarətlər alıblar.
Faktla bağlı Famil Kərimova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) və 186.2.2-ci (əmlakı yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla qəsdən məhv etmə və ya zədələmə, yaxud ağır nəticələrə səbəb olma) maddələri ilə ittiham irəli sürülüb.
//lent.az