Çexiyaya köçən azərbaycanlı miqrant qadın əri tərəfindən qətlə yetirildi, 3 övladından xəbər yoxdur
Oktyabrın 20-də Çexiyanın Kosteles-nad-Orlitsi şəhərində baş verən ailə faciəsi nəticəsində bir qadın həyatını itirib.
Polisin məlumatına görə, 46 yaşlı kişi ailə münaqişəsi zamanı həyat yoldaşını boğaraq öldürüb. Hadisə yerinə beş təcili tibbi yardım briqadası, o cümlədən xilasetmə helikopteri cəlb olunsa da, qadının həyatını xilas etmək mümkün olmayıb. Şübhəli hadisədən səkkiz dəqiqə sonra saxlanılıb.
CNN Prima NEWS-un məlumatına görə, hadisə sığınacaq üçün müraciət edən əcnəbilərin yerləşdirildiyi mərkəzdə baş verib.
Yerli sakinin redaksiyaya müraciətində bildirdiyinə görə, öldürülən qadın azərbaycanlı olub. Onun üç övladı qalıb. Uşaqların ən böyüyünün cəmi 14 yaşı var.
Yerli sakinin sözlərinə görə, uşaqlar hadisə baş verən gecə başqa yerə aparılıblar. Hazırda onların harada olduqları və gələcək taleləri barədə dəqiq məlumat yoxdur.
Azərbaycan icmasının nümayəndələrinə və yardım etmək imkanı olan şəxslərə uşaqlara dəstək göstərmək üçün çağırış edilib.
//Baku.ws