Mojo.az Banner
23:44 Tural Abbaslı: “Bu gün gənclərə tərbiyəni nə məktəb, nə də universitet verir.”  |     23:03 Daha bir şəhidin nəşi 32 il sonra tapıldı  |     22:53 Məşhur cütlük evliliklərini göylərdə qeyd etdi  |     22:43 "Bəzi futbolçularla vidalaşacağıq" - Qurban Qurbanov  |     22:13 Eynək seçərkən diqqətli olun  |     22:08 “ChatGPT” pulunuza da nəzarət edəcək  |     21:59 Moskvaya uçan 20 dron vurulub  |     21:53 Bu şəxslərin kredit müddəti uzadıla bilər – Güzəştlər gözlənir  |     21:45 Ov qadağası balıq bazarına necə təsir edir? - Video  |     21:40 Məşhur avtomobil markası silah istehsalına başlayır?  |     21:32 Çox işləmək piylənməyə səbəb olur  |     21:25 Levandovski "Barselona"dan ayrılacağını açıqladı  |     21:20 Haqqında film çəkilən deputat vəfat etdi (FOTO)  |     21:14 Dövlət proqramında bu ixtisaslara üstünlük veriləcək  |     21:06 YouTube 18 yaşdan yuxarı bütün istifadəçilərə süni intellektlə deepfake aşkarlamasını açıq etdi  |     21:01 Ən çox görülən yuxular hansılardır? - Ekspertlər onların mənasını açıqladı  |     20:53 Türkiyə əleyhinə casusluq edən 7 nəfər həbs olundu  |     20:47 "Şamaxı" və "Qarabağ" qələbə qazanıb  |     20:39 Bolqarıstan Prezidenti WUF13-ün Liderlər Sammitində iştirak edəcək  |     20:34 Türkiyəyə dron düşdü  |    
Left Banner
Right Banner

"Dedilər pivə içib gedəcəyik" - Bakıda "playstation"dakı QƏTL İŞİ

11.02.2026 13:47 171
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl və xuliqanlıq törətməkdə ittiham olunan Natiq İmamcanov və Afiq Hacıəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid Q.A. təqsirləndirilən şəxsləri tanımadığını deyib:

"Playstationda işləyirəm. Axşam saat 1-2 radələri olardı ki, 3 nəfər içəri girdi. Onlara dedim ki, artıq gecdir, playstation bir azdan bağlanır. Mərhum Turan Əliyev xahiş elədi ki, pivənizi içib, çox yubanmayacağıq, tez gedəcəyik. Yarım saat sonra Natiq içəri daxil oldu, daha iki nəfər də gələndən sonra dava başladı. Baş verənləri içəridəki kameradan müşahidə edirdim. Gördüm Turan qan içində yerə yıxılıb. Çöl pəncərə qırılmışdı. Polis gələndə sonradan gələn 3 nəfər qaçdılar".

Şahid Ö.R. hadisə günü evdə olduğunu bildirib:

"Taksi işləyirəm. İşdən təzəcə evə gəlmişdim dostlarım çağırdılar ki, gedək çay içməyə. Biz məkana girəndə Tural Afiqi itələyib bıçaq çıxardı. Mən tez ortaya girib araladım. Geri dönəndə gördüm ki, Tural Afiqi divara sıxıb, ayağından bıçaqla vurdu. Onları təkrar sakitləşdirmək istəyəndə, Tural stolun üstündəki bakalı götürüb başıma çırpdı. Qardaşı tez tutdu onu ki, bunu vurma, o, bizə heç nə eləməyib. Turalı yerdə qan içində görəndə Afiq qışqırmağa başladı ki, həkim çağırın, qoymayın onu ölsün. Sonra valideynləri və polis əməkdaşları məkana gəldilər".

Məhkəmə növbəti şahid ifadələrinin dinlənilməsi üçün prosesi 4 mart saat 11:00-ə təyin edib.

Xatırladaq ki, ötən il Bakı şəhəri ərazisində Afiq Hacıəliyev mübahisə zəmnində tanışı Turan Əliyevə bıçaqla xəsarət yetirərək, onu öldürüb. Hadisə günü tanışı Natiq İmamcanovla birlikdə olan Afiq Hacıəliyev təqsirləndirilən şəxs qismində məsuliyyətinə cəlb olunub, Afiq Hacıəliyevə qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), Natiq İmamcanova isə 221.3-cü ( xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
//lent.azскачать dle 11.3
Mojo.az Banner