Bakıda qadın niyə sevgilisinə 33 bıçaq vurub? - TƏFƏRRÜAT » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 2030-cu ilə qədər texnoloji lider olacaq şəhərlər açıqlandı  |     22:53 Üç boksçumuz Dünya kubokunda bürünc medal qazanıb  |     22:49 Vətən müharibəsi iştirakçısı vəfat etdi  |     22:38 Leyla Əfəndiyeva müğənni Albina Pyakşevanın sağ olduğunu açıqladı  |     21:08 "Formula-1" Britaniya Qran-prisinin təsnifat mərhələsinin sıralama turunun qalibi bəlli oldu  |     21:00 Türkiyədə məşhur jurnalist saxlanıldı  |     20:46 "Kəpəz" portuqaliyalı müdafiəçi transfer etdi  |     20:38 Məktəbəhazırlıq təhsili məcburi ola bilər? - RƏSMİ AÇIQLAMA  |     20:33 Türkiyədə zəlzələ olub  |     20:25 Külli miqdarda vəsaiti ölkədən çıxaran şirkət cərimələnib  |     20:20 NASA əlverişli yaşayış temperaturuna malik yeni planet kəşf edib  |     20:11 Məktəbəqədər təhsildən kənarda qalan uşaqlar üçün hansı tədbirlər görülür?  |     20:04 Naxçıvandan Bakıya müalicəyə gələnlərin sayı azalıb - Nazir  |     19:58 Britaniyada yeni koronavirus ştammı yayılıb  |     19:52 Avronun bahalaşması Azərbaycanda qiymət artımına səbəb olur - VİDEO  |     19:44 Narkozdan komaya düşən Ucar sakini 81 gün sonra ölüb  |     19:32 İsrail ordusu "Hizbullah"ın xüsusi təyinatlı hərbiçisini məhv etdi  |     19:24 Serbiya DİN: İcazəsiz etiraz aksiyalarında 107 nəfər saxlanılıb  |     19:09 TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı  |     18:51 Beyləqanda kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı  |    

Bakıda qadın niyə sevgilisinə 33 bıçaq vurub? - TƏFƏRRÜAT

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda özündən səkkiz yaş kiçik sevgilisini öldürməkdə təqsirləndirilən, 1987-ci il təvəllüdlü Günel Hüseynovanın cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Vüqar Quliyev ittiham aktını elan edib.

Məlum olub ki, G.Hüseynova sevgilisini onunla rəsmi nikaha girəcəyi barədə verdiyi vədlərə əməl etmədiyi üçün öldürüb. G.Hüseynova özünü qismən təqsirli bilib.

Prosesdə şahidlər ifadə verib.

Polis mayoru Müşfiq Cabbarov deyib ki, hadisə günü ərazinin sahə inspektoru olub və hadisə yerinə gedib:

“Gördüm, hər tərəf qan içindədir. Pəncərələr sınıb, oğlan isə artıq ölmüşdü. Qadın həddindən artıq qorxurdu, əsirdi. Ana-ana deyə qışqırırdı”.

Onun sözlərinə görə, təqsirləndirilən şəxs G.Hüseynova Vüqar Atakişiyevi hansı səbəbdən öldürdüyünü də danışıb:

“Mənə dedi ki, Vüqarla bacısının vasitəsilə tanış olublar. Bir il müddətində sevgili olublar. Ancaq sonradan oğlan onun bakirəliyini pozub. Qız da ona deyib ki, məni al, oğlan imtina edib, başqası ilə evlənəcəyini deyib. Bu danışıq qızın xoşuna gəlməyib və onu öldürüb. Orda da oğlanı çox sevdiyini deyirdi. Mənə dediyinə görə, mərhuma başqası ilə evlənsə də, yenə görüşmək təklif edib. Oğlan razı olmayıb. Qız isə sonuncu dəfə görüşmək üçün çağırıb, iki dəfə cinsi münasibətdə olduqdan sonra oğlanı qətlə yetirib”.

Digər şahid polis əməkdaşı Fuad Əliyev də hadisə barədə danışıb. Onun sözlərinə görə, hotelin administratoru Ramil ona zəng edib, bıçaqlanma hadisəsi olduğunu deyib:

“Mən hadisənin necə baş verdiyini bilmirəm”.

Polis əməkdaşı Ülvi Mirzəzadə isə qətl hadisəsini görən yeganə şahid olduğunu deyib. Onun sözlərinə görə, qışqırtı səsinə gəlib, otağın qapısını sındırıb:

“İçəri girəndə gördüm ki, hər ikisi çılpaq vəziyyətdədir, oğlan qan içindədir. Qızın əlində bıçaq vardı, qeyri-ixtiyari bıçağı hərəkət etdirirdi, amma oğlanın bədəninə vurmurdu. Mən içəri girəndə artıq 33 bıçaq vurmuşdu. Şok vəziyyətində idi, məni eşitmirdi. Sonradan bıçağı yerə qoyub əynini geyindi. Amma tez-tez bizə yalvarırdı, deyirdi ki, mən onu sevirəm, ölməsin”.

Proses fevralın 19-da davam etdiriləcək.

Qeyd edək ki, qətl hadisəsi ötən il iyunun 25-də, gecə saatlarında Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən “Grand” hoteldə baş verib. Həmin ərazidə Sabunçu rayon sakini G.Hüseynova sevgilisi, 1993-cü il təvəllüdlü Vüqar Atakişiyevlə hotelin ikinci mərtəbəsindəki otağı kirayələyib. Hoteldə gecələyən zaman tərəflər arasında mübahisə düşüb.

Bu zaman qadın bıçaqla oğlanın boğazına, ardınca isə qoltuq nahiyəsinə bir neçə zərbə vurub. V.Atakişiyev boğazından dəyən zərbədən sonra huşunu itirərək yerə yıxılıb və hadisə yerində keçinib.

Məlumata görə, G.Hüseynovanın V.Atakişiyevlə bir neçə il sevgi münasibətləri olub.
//oxu.az

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            5 840 12.02.19 16:56