Mojo.az Banner
13:14 Deputat: Uşaqlar dinin və baş örtüyünün mahiyyətini hələ dərk etmirlər  |     12:31 Aprelin 1-dən kartdan-karta köçürmələrdə komissiya tutulacaq - Rəsmi  |     12:18 Kirayəçi evi boşaltmasa, ev sahibi nə edə bilər? – Hüquqşünasdan açıqlama  |     12:16 Bakıda gecə klubunda dava: Müdir ofisiantı döydü  |     12:10 Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edəcək  |     12:08 Azərbaycan nefti ucuzlaşdı  |     12:07 Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş  |     11:56 İlahiyyatçıdan hicab açıqlaması: Örtünmə hansı yaşdan vacib sayılır?  |     11:53 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olub - Rəsmi (Yenilənib)  |     11:49 Azərbaycan UEFA reytinqində irəlilədi  |     11:46 Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasdan məhrum edildi  |     11:43 Şirvanda hündürlükdən yıxılan bir yaşlı uşaq xəstəxanada ölüb  |     11:40 "Valideynlər uşaqlardan alət kimi istifadə etməməlidir" — Psixoloq  |     11:29 Azərbaycanda uşağını bağçaya aparan ana hücuma məruz qaldı: Üç yaşlı oğlu bıçaqlandı - Detallar (Video)  |     11:18 Bir yaşlı Məhəmməd anası tərəfindən amansızlıqla öldürülüb - Təfərrüat  |     11:11 ABŞ-də gənc teleulduz güllələndi  |     20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |    
Mojo.az Avto
Mojo.az Avto

"Qrand" oteldə sevdiyi oğlanı öldürən qadın apellyasiya şikayəti verib - FOTO

26.04.2019 18:57 5 238
Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Günel Hüseynovanın (1987-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə məhkum olunmasına dair apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçiriləcək.

Median.Az
xəbər verir ki, ötən il iyunun 25-i saat 23 radələrində 5-ci PB-nin Növbətçi hissəsinə Əhməd Rəcəbli küçəsində yerləşən “Qrand” oteldə ölüm hadisəsi baş verməsi barədə məlumat daxil olub. Hadisə yerinə yollanan polis əməkdaşları 2-ci mərtəbədəki otağda çoxsaylı bıçaq xəsarətləri ilə Bakı şəhər sakini Vüqar Atakişiyevin meyitini aşkar ediblər. Şübhəli şəxs qismində saxlanılan Günel Hüseynova Binəqədi RPİ-nə aparılıb.

Faktla bağlı ilkin olaraq CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Vüqar Atakişiyevin bədən səthində ümüumilikdə 32 ədəd daxilə nüfuz edən və etməyən yara aşkar edilib.

İstintaqla müəyyən edilib ki, Günel Hüseynova 2015-ci ildə tanış olduğu Vüqar Atakişiyevin onunla rəsmi nikaha daxil olmaq barədə verdiyi vədlərə əməl etməməsi və ondan ayrılmaq istəməsi ilə əlaqədar, onu öldürməyi planlaşdıraraq, bu niyyətlə yaşadığı mənzildən mətbəx bıçağını götürərək əl çantasında gizlədib. İyunun 25-də “28 May” metrostansiyası yaxınlığında Atakişiyevlə görüşüb, saat 21:30-da Dərnəgül qəsəbəsində fəaliyyət göstərən “Qrand” otelə gəlib. 18 saylı otağda könüllü intim əlaqədə olduqdan sonra, saat 23 radələrində Vüqar ondan ayrılmaq fikrinin qəti olduğunu bildirib, buna görə Günel əl çantasında saxladığı bıçağı çıxarıb, qisas məqsədilə onun boyun nahiyəsinə ilk zərbəni vurub. Sonuncu aldığı xəsarətdən otağın döşəməsinə yıxılsa da, öz hərəkətləri ilə xüsusi əzab verdiyini dərk edərək, hərəkətsiz qalan şəxsə əlavə 31 bıçaq zərbəsi vurub. Bununla da, Vüqar Atakişiyevi qəsdən həyatdan məhrum edib.

Məhkəmə prosesində Günel Hüseynova ittiham üzrə özünü qismən təqsirli bilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 15 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Məlumata görə, Bakı Apellyasiya Məhkəməsində işə hakim Habil Məmmədovun sədrliyi ilə baxılacaq, ilkin baxış mayın 3-nə təyin edilib.









скачать dle 11.3
Mojo.az Banner