Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın dövlət büdcəsində kəsir artacaq

23.10.2026 12:43 225
Azərbaycanın dövlət büdcəsində kəsir artacaq
Azərbaycanda 2027-ci il dövlət büdcəsinin kəsirinin 3 milyard 146 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.

Bu göstərici "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində nəzərdə tutulan gəlir və xərclər arasındakı fərq əsasında hesablanıb.

2026-cı ilin təsdiqlənmiş büdcəsində gəlirlərlə xərclər arasındakı fərq 3 milyard 94.6 milyon manat təşkil edir.

2027-ci ildə büdcə kəsirinin cari ilin təsdiqlənmiş göstəricisi ilə müqayisədə 51.4 milyon manat və ya təxminən 1.7 faiz artacağı gözlənilir.

Layihəyə əsasən, gələn il dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat səviyyəsində proqnozlaşdırılır.

Bununla yanaşı, büdcə kəsirinin ümumi xərclərə nisbətinin hər iki ildə təxminən 7.4 faiz səviyyəsində qalacağı gözlənilir.

Qeyd edək ki, 2027-ci ildə dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərinin 38 milyard 518.4 milyon manat, mərkəzləşdirilmiş xərclərinin isə 41 milyard 664.4 milyon manat olması nəzərdə tutulur.
//oxu.az

Son xəbərlər