Mojo.az Banner
15:29 Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı - 24 yaşlı qadın tamah məqsədilə öldürülüb  |     15:19 Gürcüstan İranla hava əlaqəsini dayandırdı  |     15:06 Deputat xəstəxanalardakı vətəndaşları narazı salan növbələrdən danışdı: "Ciddi fikir veriləcək"  |     14:25 Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq  |     14:22 Ramik Hacıyev millimizdən imtina etdi: Görün hansı ölkəni təmsil edəcək  |     14:17 SOMDA əməkdaşlarının tibbi təminatı DİN-ə həvalə olundu  |     14:11 İlginc qərar: Məhkəmə anası ilə sərt davranan övladı mirasdan məhrum etdi  |     13:10 Azərbaycanlı deputatlara Rusiyadan dəvət gəldi  |     12:51 “Hicablıdırsa, özünü göstərə bilməz?” – İlahiyyatçıdan müzakirələrə cavab  |     12:19 Bakıda evli kişi özündən 13 yaş kiçik qızı qaçırdı  |     12:13 Cəlilabadda qadın su quyusuna düşərək ölüb  |     12:04 Karantin rejimi ilə bağlı YENİ QƏRAR  |     12:03 Yaponiyadan Azərbaycana gətirilən dəniz duzunda uyğunsuzluq aşkarlanıb - FOTO  |     12:01 Hacıqabulda oğurluq edən şəxs saxlanıldı  |     12:01 Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü  |     12:00 Toylarında gözlənilməz qayda – Bu ənənə qadağan edilir?  |     11:58 “Həzi Aslanov”dakı təmir yekunlaşır - Bu tarixdə  |     11:50 Məktəblinin sosial şəbəkə videosu gündəm oldu: Valideynlərə xəbərdarlıq (Video)  |     11:43 Bakıda altı dost gecə dəhşət yaşadı - FOTO  |     11:41 Tələbələrə yol açıldı: Həsən Əliyev küçəsində müvəqqəti keçid yaradıldı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Hökumət 2025-ci ilin dövlət büdcəsinin layihəsini Prezidentə təqdim edib

26.09.2024 16:24 1 566
Hökumət 2025-ci ilin dövlət büdcəsinin layihəsini Prezidentə təqdim edib
Azərbaycanın 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri Prezident İlham Əliyevə təqdim edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, büdcə zərfinə daxil olan sənəd və məlumatlar bəyənilib və "Büdcə sistemi haqqında" qanunun 12-ci maddəsində nəzərdə tutulmuş digər sənədlərlə birlikdə dövlət başçısına təqdim olunub.

2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 36 milyard 616 milyon manat, xərclərinin isə 39 milyard 667,6 milyon manat olacağı gözlənilir. Bunlar 2024-cü ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 0,6% çox və 0,2% azdır. Son nəticədə dövlət büdcəsində 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9% azdır.

2025-ci ildə Azərbaycanın icmal büdcəsinin isə gəlirlərinin 44 milyard 371,4 milyon manat, xərclərinin isə 45 milyard 867 milyon manat olacağı gözlənilir. Bunlar, 2024-cü ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə müvafiq olaraq 2% və 0,5% çoxdur. Son nəticədə icmal büdcədə 1 milyard 495,6 milyon manat kəsir yaranmalıdır. Bu isə 29,2% azdır.скачать dle 11.3
Mojo.az Banner