Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda gələn il dövlət büdcəsi 42 milyard manata yaxın olacaq

16.09.2025 18:21 1 086
Azərbaycanda gələn il dövlət büdcəsi 42 milyard manata yaxın olacaq
2026-cı ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 38 milyard 423 milyon manat, xərclərinin isə 41 milyard 548,6 milyon manat olacağı gözlənilir.

Median.Az
bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bunlar 2025-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 0,2 % və 0,3 % çoxdur. Son nəticədə dövlət büdcəsində gələn il gözlənilən ümumi daxili məhsulun 2,3 %-i qədər və yaxud 3 milyard 125,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 2,4 % çoxdur.

Proqnozlaşdırılan büdcə gəlirlərinin 42,6 %-i və yaxud 16 milyard 350 milyon manatı neft-qaz sektorunun, 57,4 %-i və yaxud 22 milyard 73 milyon manatı isə qeyri-neft-qaz sektorunun payına düşür.

Proqnozlaşdırılan büdcə xərclərinin isə 24 milyard 771,7 milyon manatının və yaxud 59,6 %-nin cari xərclər, 14 milyard 319,3 milyon manatının və yaxud 34,5 %-nin əsaslı xərclər, 2 milyard 457,6 milyon manatının və yaxud 5,9 %-nin isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olacağı nəzərdə tutulur.скачать dle 11.3

Son xəbərlər