Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda gömrük rüsumlarından daxilolmalar 49 milyon manat artacaq

23.10.2026 13:58 306
Azərbaycanda gömrük rüsumlarından daxilolmalar 49 milyon manat artacaq
Azərbaycanda 2027-ci ildə gömrük rüsumlarından dövlət büdcəsinə daxilolmaların 1 milyard 867 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsi ilə müqayisədə 49 milyon manat və ya 2.7 faiz çoxdur.

Bu, "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi ilə 2026-cı ilin dövlət büdcəsinin müqayisəsindən məlum olur.

Cari ilin təsdiqlənmiş büdcəsində gömrük rüsumlarından daxilolmalar 1 milyard 818 milyon manat səviyyəsində nəzərdə tutulub.

Bununla yanaşı, 2027-ci ildə ölkəyə idxal olunan mallara görə əlavə dəyər vergisindən (ƏDV) daxilolmaların 4 milyard 700 milyon manat təşkil edəcəyi gözlənilir. Bu, 2026-cı ilin 4 milyard 750 milyon manatlıq göstəricisindən 50 milyon manat və ya 1.1 faiz azdır.

İdxal olunan mallara görə aksiz vergisindən daxilolmaların isə 234 milyon manatdan 240 milyon manata yüksəlməsi planlaşdırılır. Beləliklə, bu istiqamətdə altı milyon manat və ya 2.6 faiz artım proqnozlaşdırılır.

Ümumilikdə, Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmaların 2026-cı ildəki 6 milyard 862 milyon manatdan 2027-ci ildə 6 milyard 865 milyon manata çatacağı gözlənilir. Bu isə üç milyon manat və ya təxminən 0.04 faiz artım deməkdir.

Beləliklə, gömrük rüsumlarından daxilolmaların artmasına baxmayaraq, idxal üzrə ƏDV daxilolmalarının azalması səbəbindən gömrük orqanlarının xətti ilə ümumi büdcə daxilolmalarında cüzi artım nəzərdə tutulur.

Son xəbərlər