Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Peyvənddən qorxanlara həkim XƏBƏRDARLIQ ETDİ

23.10.2026 14:05 633
Peyvənddən qorxanlara həkim XƏBƏRDARLIQ ETDİ
Azərbaycanda qrip və digər respirator infeksiyalara yoluxma riskinin artdığı mövsümdə əhalinin peyvəndlənməsi məsələsi yenidən aktuallaşıb. Ölkəyə qripə qarşı vaksinlərin gətirilməsi isə peyvəndlərin effektivliyi, insan sağlamlığı üçün faydaları və mümkün riskləri ilə bağlı sualları gündəmə gətirir. Bununla yanaşı, cəmiyyətdə vaksinlərə qarşı ehtiyatlı münasibət və peyvənddən çəkinən insanların olması da diqqət çəkir.

Qripə qarşı vaksinlər insan orqanizmi üçün nə dərəcədə faydalıdır və onların xəstəlikdən qorunmada rolu nədən ibarətdir? Azərbaycanda əhalinin bir hissəsinin peyvəndlərə qarşı inamsızlıq göstərməsinin, vaksin vurdurmaqdan çəkinməsinin əsas səbəbləri hansılardır?

Tibb üzrə ekspert Rasif Bağırov Median.Az-a bildirib ki, hazırda Azərbaycanda qrip virusunun geniş yayılması müşahidə olunmur:
“Əvvəlki illərlə müqayisədə xəstəliyə yoluxma halları daha azdır. Bununla belə, qripə qarşı peyvəndlənmə xüsusilə risk qrupuna daxil olan şəxslər üçün əhəmiyyətlidir. Qrip virusu ilə bağlı narahatlıqların əsassız olmadığını vurğulayan həkim qeyd edib ki, bu xəstəlik xüsusilə ürək-damar, ağciyər və digər xroniki xəstəlikləri olan şəxslərin sağlamlığına ciddi təsir göstərə bilər. Belə insanların qripə yoluxması mövcud xəstəliklərin kəskinləşməsinə və ümumi vəziyyətlərinin ağırlaşmasına səbəb ola bilər. Qripə qarşı peyvəndlənmə xəstəliyin ağır keçməsi riskini azaltmaq baxımından faydalıdır. Peyvəndlər orqanizmdə immun cavabın formalaşmasına kömək edir və insanı virusun yaratdığı ağırlaşmalardan müəyyən dərəcədə qoruyur. Qrip viruslarının növləri dəyişdiyindən peyvəndin tərkibi də dövri olaraq yenilənir. Buna görə də peyvəndin qoruyuculuğu və təkrar vurulma müddəti müvafiq tövsiyələr əsasında müəyyənləşdirilir”.
Həkim bildirib ki, qrip xüsusilə xroniki obstruktiv bronxit, bronxial astma və digər ağciyər xəstəliklərindən əziyyət çəkən şəxslər üçün əlavə təhlükə yaradır:
“Virusun təsiri ilə mövcud xəstəliklər kəskinləşə, nəticədə xəstənin vəziyyəti daha da ağırlaşa bilər. Eyni hal ürək xəstəlikləri olan insanlara da aiddir. Xüsusilə COVID-19 pandemiyası dövründə peyvəndlər haqqında müxtəlif əsassız iddialar ortaya atılıb və bu məlumatların bir qismi insanların peyvəndlərə inamına mənfi təsir göstərib. Peyvəndlərin hazırlanma texnologiyaları fərqlidir. Müasir peyvəndlərin hamısının tərkibində canlı və ya zəiflədilmiş virusun olduğunu düşünmək düzgün deyil. Peyvəndin növündən asılı olaraq orqanizmdə immun cavab müxtəlif mexanizmlərlə formalaşır. Bu proses immun sisteminin virusu tanımasına və ona qarşı müdafiə mexanizmləri yaratmasına kömək edir. Azərbaycanda da qripə qarşı peyvəndlənmə imkanları mövcuddur. İnsanların, xüsusilə risk qrupuna daxil olan şəxslərin həkim məsləhəti ilə peyvənd olunması xəstəliyin ağırlaşma ehtimalının azaldılması baxımından məqsədəuyğundur. Peyvəndlər haqqında qərar verərkən sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş məlumatlara deyil, elmi sübutlara və mütəxəssis rəylərinə əsaslanmaq lazımdır”.

Son xəbərlər