Mojo.az — elanlar
Son Xəbərlər
15:49 Müğənni Jony nadir xəstəliyə tutulub  |     15:35 Qalmaqallı generalın polkovnik dostuna qarşı 200 minlik ittiham - TTM-də mütəşəkkil korrupsiya  |     15:18 Hindistanla əməkdaşlıq yeni mərhələyə keçir: Azərbaycan nə qazanacaq?  |     15:14 Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu  |     15:09 Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu - Təfərrüat  |     15:08 Nəqliyyat və rabitə xərcləri təxminən üç dəfə artırılır  |     14:20 Maşınınızı satmağa tələsməyin! Azərbaycanda avtomobillərlə bağlı nə baş verəcək?  |     14:10 İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib  |     14:07 Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək  |     14:05 Peyvənddən qorxanlara həkim XƏBƏRDARLIQ ETDİ  |     13:58 Azərbaycanda gömrük rüsumlarından daxilolmalar 49 milyon manat artacaq  |     13:51 Özəl liseylərdə təhsil haqqı niyə 50 min manata çatır? – AÇIQLAMA  |     13:35 Terrorun maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir  |     13:05 Korrupsiyaya görə tutulmuş vəzifəli şəxslər bir həftəyə azadlığa çıxırlar  |     13:00 Müdafiə büdcəsində dəyişiklik: Hərbi qüvvələrə ayrılan vəsait artır, xüsusi layihələrə xərclər azalır  |     12:54 Azərbaycan nefti bahalaşıb  |     12:53 Metroda "qırmızı xətt" üzrə qatarlar əvvəlki qaydada hərəkət edəcək  |     12:48 Azərbaycanda təhsilə ayrılan vəsait 5.1 milyard manata çatdırılır  |     12:43 Azərbaycanın dövlət büdcəsində kəsir artacaq  |     12:41 Xarici yardımlara ayrılan vəsaitin miqdarı xeyli artırılır  |    
Mojo.az Avto
Mojo.az Avto

Nəqliyyat və rabitə xərcləri təxminən üç dəfə artırılır

23.10.2026 15:08 126
Nəqliyyat və rabitə xərcləri təxminən üç dəfə artırılır
Azərbaycanda 2027-ci ildə nəqliyyat və rabitə sahəsinə dövlət büdcəsindən 785 milyon 108 min 349 manat ayrılması nəzərdə tutulur. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsindəki 286 milyon 895 min 181 manatlıq göstəricidən 498 milyon 213 min 168 manat və ya 173.7 faiz çoxdur. Başqa sözlə, bu istiqamətdə xərclərin təxminən 2.7 dəfə artırılması planlaşdırılır.

Bu, "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi ilə 2026-cı ilin təsdiqlənmiş dövlət büdcəsinin müqayisəsindən məlum olur.

Qeyd edək ki, nəqliyyat və rabitə sahəsi üzrə büdcə xərcləri nəqliyyat infrastrukturunun saxlanılması və inkişafı, sərnişindaşıma xidmətlərinin maliyyələşdirilməsi, eləcə də rabitə infrastrukturu ilə bağlı müxtəlif tədbirləri əhatə edə bilər. Bununla belə, 2027-ci ilin dövlət büdcəsi layihəsinin müvafiq maddəsində nəzərdə tutulan 785.1 milyon manatın konkret istiqamətlər üzrə bölgüsü göstərilmir.

Layihəyə əsasən, 2027-ci ildə iqtisadi fəaliyyət sahəsinə ümumilikdə 8 milyard 907 milyon 333 min 777 manat ayrılması proqnozlaşdırılır. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsindəki 7 milyard 856 milyon 634 min 765 manatlıq göstəricidən 1 milyard 50 milyon 699 min 12 manat və ya 13.4 faiz çoxdur.

Nəqliyyat və rabitə xərclərinin iqtisadi fəaliyyət üzrə ümumi xərclərdə payının 2026-cı ildəki təxminən 3,7 faizdən 2027-ci ildə 8.8 faizə yüksəlməsi gözlənilir.

Diqqətçəkən məqam odur ki, iqtisadi fəaliyyət sahəsi üzrə nəzərdə tutulan ümumi 1 milyard 50.7 milyon manatlıq artımın təxminən 47.4 faizi məhz nəqliyyat və rabitə istiqamətinin payına düşür.
//oxu.az

Son xəbərlər