Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:22 Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu | 13:08 Hikmət Hacıyevdən Azərbaycan Televiziyası və Radiosu Günü ilə bağlı paylaşım - FOTO | 13:06 Taksi sürücüləri üçün yenilik: Daha çox vergi ödəyəcəklər | 13:04 Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq | 13:03 İlham Əliyev və Mehriban Əliyeva Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər | 13:02 Azərbaycanda çips niyə vergiyə cəlb olundu? | 13:00 Yas məclisində gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı | 12:59 Meksika mətbuatı Prezident İlham Əliyevin strateji liderliyini yüksək qiymətləndirib - FOTO | 12:58 "Sabah"ın məğlubiyyətindən sonra Azərbaycanın UEFA reytinqində mövqeyi | 12:57 Bəzi şəxslər dövlət rüsumundan azad ediləcəklər | 12:56 Yük maşını bataqlığa düşdü - Vətəndaşlar köməksiz qaldılar | 12:55 Meteohəssas insanların nəzərinə: Yerdə maqnit qasırğası baş verəcək | 12:54 Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü | 12:53 Maliyyə Nazirliyinin səlahiyyətləri artırıldı | 12:51 Azərbaycanda tanınmış xanəndənin əri həbs olundu | 12:50 Kənd təsərrüfatında uçot qaydaları dəyişdi: Təkrar əkinlər də ayrıca hesablanacaq | 12:48 Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq | 12:41 İşləməyə ehtiyacı olmayan şəxslər qeydiyyata alınacaqlar | 12:40 Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi | 12:39 İnəkdən sağılan və balalarına içirdilən süd də uçota alınacaq - Yeni qərar |
Mojo.az Avto
Mojo.az Avto

Pensiya və minimum əməkhaqqı artır - VİDEO

19.09.2026 16:22 609
Pensiya və minimum əməkhaqqı artır - VİDEO
2027-ci ildə pensiyalar indeksləşdirilərək artırılacaq, minimum əməkhaqqı yüksələcək. Sosial istiqamətə ayrılacaq vəsaitin isə təxminən 17 milyard manatdan çox olacağı proqnozlaşdırılır.

2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair büdcə xərclərinin prioritet istiqamətləri təqdim olunub. 2027-ci ildə dövlət büdcəsindən 42.4 milyard manat vəsaitin xərclənməsi nəzərdə tutulur.

Milli Məclisin İqtisadi, siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov bildirib ki, 2027-ci ilin dövlət büdcəsinin xərcləri 2026-cı ilin büdcənin proqnoz xərcləri ilə müqayisədə 700 milyon manat çoxdur.

Millət vəkili qeyd edib ki, 2027-ci ilin yanvarından etibarən indeksləşdirilmiş pensiya məbləğlərinin hesablanması həyata keçiriləcək.

Deputatın sözlərinə görə, dövlət büdcəsi xərclərinin təxminən 42 faizi iqtisadi fəaliyyət, müdafiə və milli təhlükəsizlik sahələrinə yönəldiləcək. Bildirilib ki, gələn il iqtisadi fəaliyyət üzrə xərclərin 8 milyard 891 milyon manat olacağı gözlənilir. Bu rəqəm dövlət büdcəsinin xərclərinin 21 faizinə bərabərdir. Müdafiə və milli təhlükəsizlik istiqaməti üzrə isə 8 milyard 816,4 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Xezerxeber.az-ın sujetini təqdim edirik:

Son xəbərlər