İnəkdən sağılan və balalarına içirdilən süd də uçota alınacaq - Yeni qərar
Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında istehsal edilən süd və yumurtanın ümumi miqdarı yeni qayda ilə qeydə alınacaq.
Oxu.az-ın əldə etdiyi məlumata görə, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində təsərrüfatda sağılmış südün ümumi miqdarı hesablanarkən yalnız satılan məhsul deyil, şəxsi istehlaka sərf edilən, natura formasında dəyişdirilən, pay şəklində verilən və heyvanların balalarına içirdilən süd də nəzərə alınacaq. Təsərrüfat tərəfindən kənardan alınan süd isə istehsal göstəricisinə daxil edilməyəcək.
Yumurta istehsalında da oxşar qayda tətbiq olunacaq. Belə ki, yumurtaların satılması, şəxsi istehlak, inkubasiya və ya digər məqsədlər üçün istifadə edilməsindən asılı olmayaraq onların hamısı hesablanacaq.
İllik süd istehsalına dair dəqiq məlumat olmadıqda göstərici sağmal heyvanların sayı, bir heyvandan gündəlik orta süd verimi və faktiki sağım dövrünün müddəti əsasında müəyyənləşdiriləcək.
Məsələn, təsərrüfatda üç sağmal inək saxlanılırsa, hər birindən gündə orta hesabla səkkiz litr süd əldə edilirsə və sağım dövrü 300 gün davam edirsə, illik süd istehsalı 7 200 litr kimi qeydə alınacaq.
Yumurta istehsalı da dəqiq illik say məlum olmadıqda yumurtlayan quşların sayı və müxtəlif dövrlər üzrə orta yumurtlama səviyyəsi əsasında hesablana bilər. Qaydada göstərilən nümunəyə əsasən, 10 yumurtlayan toyuqdan gündə orta hesabla beş yumurta əldə edilərsə, illik istehsal 1 825 ədəd təşkil edəcək.
Qeyd edilənlər 2027-ci il yanvarın 1-dən tətbiq olunacaq.