Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:08 Göygöldə 37 yaşlı şəxs bıçaqlandı | 20:00 Əhaliyə ŞAD XƏBƏR: Bu ərazilərdə dəmiryolu xətləri bərpa olunur | 19:57 Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb | 19:56 Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin vətəndaşlara müraciəti | 19:50 Azərbaycanda əvvəlcədən qəbir yeri alanları CƏRİMƏ GÖZLƏYİR - MƏBLƏĞ | 19:43 Yəməndə bazara zərbə endirildi, onlarla ölü və yaralı var | 19:34 Bakıda məşhur masaj salonlarının sahibinə hədə-qorxu gəldi, həbs edildi | 19:27 Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü | 19:02 21 istiqamətdə tıxac var - SİYAHI | 18:54 Fransada etirazlar zamanı 600-dən çox şəxs saxlanılıb | 18:43 "Qarabağ"dan Yankoviç və Silva açıqlaması (Yenilənib) | 18:37 Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu | 18:30 Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq | 18:27 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər (Yenilənib) | 18:22 “Vətən müharibəsi Cənubi Qafqazda yeni reallıqlar yaratdı” | 18:13 Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi" | 18:05 Millimiz üçüncü dəfə dünya çempionu oldu | 18:03 Prezident İlham Əliyev: "Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" | 17:46 Ər-arvadı öldürüb evlərini yandıran şəxsin məhkəməsi başlayır | 17:45 Ağstafada bir ailənin üç üzvü zəhərlənib |
Mojo.az Avto
Mojo.az Avto

Kənd təsərrüfatında uçot qaydaları dəyişdi: Təkrar əkinlər də ayrıca hesablanacaq

06.11.2026 12:50 129
Kənd təsərrüfatında uçot qaydaları dəyişdi: Təkrar əkinlər də ayrıca hesablanacaq
Kənd təsərrüfatında torpaq sahələrinin, əkinlərin və istehsal göstəricilərinin uçotu qaydalarında dəyişiklik edilib.

Təsərrüfatbaşına uçot sənədlərində edilən dəyişikliklərə əsasən, torpaq sahələri, əkinlər və əldə olunan məhsul barədə məlumatlar daha detallı şəkildə qeydə alınacaq.

Yeni qaydalara görə, kənd təsərrüfatı torpaqlarının ümumi sahəsi, həyətyanı torpaq sahələri və əkin sahələri ayrıca göstəriləcək. Əkin sahələri üzrə əsas məhsul və təkrar əkin göstəriciləri fərqləndiriləcək. Belə ki, təkrar əkin aparılan sahələrin ölçüsü və həmin ərazilərdən əldə edilən məhsulun miqdarı ayrıca uçota alınacaq. Təkrar əkinlərdən əldə olunan məhsul əsas məhsulun ümumi göstəricisinə daxil edilməyəcək.

Torpaqların istifadə vəziyyəti ilə bağlı məlumatlar da genişləndirilib. Dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların icarəyə götürülməsi, əvəzsiz istifadəyə verilməsi, habelə icarəyə və ya istifadəyə götürülmüş torpaqların başqa şəxslərə verilməsi barədə məlumatlar qeydə alınacaq.

Bundan başqa, faktiki suvarılan torpaq sahələrinin ölçüsü, suvarmada istifadə edilən yerüstü və yeraltı su mənbələri, suyun öz axını ilə və ya nasos vasitəsilə verilməsi, artezian və subartezian quyularından istifadə olunması da uçota alınacaq. Ənənəvi suvarma üsulları ilə yanaşı, müasir suvarma sistemləri - yağmurlama, pivot və damcı üsulları ayrıca göstəriləcək.

İcarəyə götürülmüş örüş sahələrinin ölçüsü də ayrıca qeydə alınacaq. Balıqçılıq və akvakultura fəaliyyəti üçün istifadə olunan torpaq sahələri barədə məlumatlar da təsərrüfatbaşına uçot sənədlərinə daxil ediləcək.

Dəyişikliklərdə örtülü torpaq sahələri və istixanalarla bağlı məlumatların ayrıca qeydiyyatı da nəzərdə tutulur. Beləliklə, kənd təsərrüfatı istehsalında istifadə edilən örtülü ərazilərin və istixanaların sahəsi ayrıca uçota alınacaq.

Son xəbərlər