Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:25 Zelenski Türkiyəyə səfər edib | 17:13 Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq | 17:04 Türkiyədə zəlzələ oldu | 17:03 “Apple” istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir - Xəbərdarlıq | 16:58 Bağlanan banklara borcu olanlara xəbərdarlıq | 16:48 Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya | 16:47 Bəzi hərbçilər cərimələnəcəklər | 16:25 Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü | 14:55 Moskva səmasında PUA təhlükəsi: Bakıya uçan təyyarə havaya qalxa bilmədi - Foto | 14:53 Moskva ilə Bakı arasında kruiz layneri fəaliyyət göstərəcək | 14:50 Reyslərin sayı artırıldı: Sabahdan Bakıdan Tbilisiyə 30 faiz daha ucuz səyahət imkanı | 14:33 Məmur Şəkidə "ciyər axşamı"nda bələdiyyə sədrinin başına butulka çırpdı - Təfərrüat (FOTO) | 14:18 Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib | 14:17 Şahdağa qar yağıb - Faktiki Hava | 14:05 Gəncədə bədbəxt hadisə: 68 yaşlı kişi öldü | 14:05 Alma bağlarında xəstəlik yayılıb: Ənənəvi Quba alması artıq tarixə qovuşacaq? | 14:01 100-dən çox şəxs borca görə saxlanıldı | 13:47 Azərbaycan nefti bahalaşdı | 13:38 Həyat yoldaşına 16 bıçaq zərbəsi endirən şəxs: "Ailəmin dağılmasını istəmirdim" | 13:31 Kəmaləddin Heydərovdan yeni təyinat - Şabranda rəis dəyişdi |
Mojo.az Avto
Mojo.az Avto

İşğaldan azad olunmuş daha bir rayonda torpaqlar sakinlərin istifadəsinə verilir

25.09.2025 15:40 987
İşğaldan azad olunmuş daha bir rayonda torpaqlar sakinlərin istifadəsinə verilir
Laçın rayonu Zabux kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sentyabrın 25-dən başlayaraq Laçın rayonunun Zabux kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsi ilə müraciətlərin qəbuluna başlanılır. Zabux kəndində məskunlaşan və yaşayan sakinlərdən müraciətlərin qəbulu prosesi oktyabrın 25-i günün sonunadək davam edəcək.

Zabux kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanının 4.1-ci bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 dekabr tarixli 544 nömrəli qərarı ilə təsdiqlənən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları"na əsasən həyata keçiriləcək.

Torpaq sahələri minimum 5 ha təşkil etməklə dəmyə (suvarılmayan) ərazilər olub, əkin üçün hazır vəziyyətə gətirilmiş kənd ətrafında yerləşən torpaqlardır. Bu kəndlərdə dəmyə ərazilər üçün xarakterik olan buğda, arpa, noxud, kartof, yem bitkilərindən olan yonca, xaşa, müxtəlif ot qarışıqlarının əkilməsi nəzərdə tutulur.

Zabux kəndinə köçən sakinlər aşağıdakı arıdıcıllıqla torpaqların güzəştli qaydada əkinlərin aparılması məqsədilə istifadəsi üçün müraciət edə bilərlər:

- EKTİS-də qeydiyyatdan keçmək (avtomatlaşdırılmış qaydada fermer elektron kabinetinə sahib olmaq);

- Elektron kabinet "Müraciətlərim" bölməsində "torpaq icarəsinə müraciət" - "Zabux" seçməklə ərizə formasını doldurmaq;

- Şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerindən asılı olmayaraq faktiki yaşayış yerinin Zabux kəndinin olduğunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "e-polis" tətbiqində qeyd etmək.

Qeyd edək ki, müraciət edən şəxslərlə müqavilələrin imzalanması, təlimlərin keçirilməsi və ərazilərin yerində tanıdılması oktyabrın sonu-noyabrın əvvəlində baş tutacaq. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yem bitkiləri üçün iki il, təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.

Xatırladaq ki, işğaldan azad edilmiş rayonlarda torpaqların istifadəyə verilməsi prosesinə ilk dəfə Ağalı kəndindən başlanıb.

Son xəbərlər