Alma bağlarında xəstəlik yayılıb: Ənənəvi Quba alması artıq tarixə qovuşacaq?
Quba rayonundakı alma bağlarını bürüyən müxtəlif bitki xəstəlikləri məhsuldarlığı xeyli aşağı salıb.
Median.Az xəbər verir ki, bunu "Report"a yerli fermerlər bildiriblər.
Onların sözlərinə görə, yetişmə dövründə havanın normadan artıq rütubətli və yağıntılı keçməsi səbəbindən alma bağlarında yayılmış göbələk, bakteriya, virus, mikoplazma, həmçinin funksional və abiotik mənşəli xəstəliklər məhsuldarlığa və toplanan meyvələrin keyfiyyətinə mənfi təsir göstərib.
Qiymətlərə gəldikdə hazırda bazarda Quba almasının qiyməti 60 qəpik-1 manat aralığında dəyişir. Bölgədə fəaliyyət göstərən emal müəssisələri almanın 1 kiloqramını fermerlərdən cəmi 10 qəpiyə alır. Bu isə bağ sahiblərini qane etmir.
Fermer Elşad Rüstəmov deyib ki, 1.5 hektar sahəsi olan alma bağına hər il adətən 5-6 dəfə dərman vururdusa, bu il bağı 15 dəfə dərmanlamaq məcburiyyətində qalıb:
"Ötən illərdə alma bağından 8-10 min manat gəlir götürürdük. Bu il isə heç qoyduğumuz mayanı da çıxara bilmədik. Dərmanın və fəhlələrin pulunu, digər xərcləri hesablasaq, 5-6 min manat ziyandayıq. Növbəti ildə də vəziyyət dəyişməsə, ənənəvi Quba alması artıq tarixə qovuşacaq".
Digər fermer Teymur Seyfullayev isə deyib ki, onun təsərrüfatında yığıma beş gün əvvəl başlanılıb:
"Məhsuldarlıq çox aşağı düşüb. Alma bağımın sahəsi təqribən hektar yarımdır. Demək olar ki, yığım başa çatmaq üzrədir. Ötən illərdə meyvənin dərilməsi az qala ayyarım davam edərdi. Dəqiq desəm, əvvəllər hər il 16 ton alma yığırdıqsa, bu il məhsuldarlıq 6 tona düşüb. Böyük zəhmət hesabına becərdiyimiz almanı alıcılar maksimum 70 qəpiyə alırlar. Bu isə o deməkdir ki, 7-8 min manat ziyan etmişik".
Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) bitkiçilik sektorunun müdiri Tarverdi İsmayılov məsələ ilə bağlı qeyd edib ki, rayon ərazisində almaya xəstəlik düşməsinin səbəbi davamlı yağıntı və rütubətli hava şəraitidir:
"Quba rayonunda 17 min 170 hektar meyvə bağı mövcuddur. Bunun da 6 min 860 hektarı, yəni 40%-i alma bağlarıdır. Alma bağlarında ən çox dəmgil xəstəlikləri yayılıb. Qubada sürətlə yayılan bu tip xəstəlik məhsuldarlığa çox mənfi təsir göstərir. Qiymətləri müqayisə etsək, yerli fermerlər ötən illərdə almanın hər kiloqramından 4-8 qəpik gəlir əldə edirdilər. Lakin bu il emal müəssisələrində almanın qəbul qiyməti bir qədər artırılaraq kiloqramı 12-13 qəpik, tonu isə 120-130 manat təşkil edib".