Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Yağışlar Qubada meyvə bağlarına ziyan vurub, almanın kilosu 6-7 qəpiyə düşüb

11.10.2025 19:35 744
Yağışlar Qubada meyvə bağlarına ziyan vurub, almanın kilosu 6-7 qəpiyə düşüb
İntensiv yağışlar Quba rayonunda meyvə bağlarına ziyan vurub, almanın kilosu 6-7 qəpiyə təklif olunur.

"Report"un Şimal bürosunun məlumatına görə, alma becərilməsi Quba rayonunda kənd təsərrüfatının əsas sahələrindən sayılır.

Qubanın alma bağlarında hər il tonlarla məhsul yetişdirilir. Yığılan meyvə yerli bazarlara çıxarılmaqla yanaşı, xarici ölkələrə də ixrac olunur. Sentyabrın ikinci ongünlüyündən etibarən, rayonun alma bağlarında kütləvi məhsul yığımına başlanıb.

Lakin son həftələrdə hava şəraitinin yağıntılı keçməsi səbəbindən bağlarda məhsul yığımında durğunluq müşahidə olunur. Fermerlər məhsulu vaxtında və itkisiz toplamağa çalışsalar da, aramsız yağışlar buna imkan vermir. Nəticədə mənfi təsirlərə məruz qalan almalara bağbanların "çil" adlandırdığı müxtəlif ölçülü ləkələr düşür. Belə olduqda təsərrüfat sahibləri keyfiyyəti dəyişən meyvəyə alıcı tapa bilmədikləri üçün almanı kiloqramı 6-7 qəpiyə emal müəssisələrinə satmaq məcburiyyətində qalıblar.

Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) bitkiçilik sektorunun müdiri Tarverdi İsmayılov məsələ ilə bağlı "Report"un yerli bürosuna bildirib ki, almaya ləkə düşməsinin yağıntı ilə əlaqəsi yoxdur:

"Əgər meyvəyə ləkə düşübsə, deməli, bağlara düzgün aqrotexniki qulluq göstərilməyib və ağacların dərmanlaması vaxtında aparılmayıb. Ona görə də bu məsələdə təbiətin təsirindən danışmaq üçün əsas yoxdur".

Qeyd edək ki, ötən il rayonda alma bağlarının sahəsi təqribən 7 min hektardan çox olsa da, bu il həmin göstərici 6,2 min hektara düşüb. Quba bağlarında daha çox məhsuldarlığı ilə seçilən "Qolden", "Simirenko", "Qrani smit" və "Fuji" sortlarının yetişdirilməsinə üstünlük verilir. Alma becərilməsindən imtina olunan bağ sahələrində isə gilas və digər meyvələr yetişdirilib.скачать dle 11.3

Son xəbərlər