Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Moskva səmasında PUA təhlükəsi: Bakıya uçan təyyarə havaya qalxa bilmədi - Foto

31.10.2026 14:55 165
Moskva səmasında PUA təhlükəsi: Bakıya uçan təyyarə havaya qalxa bilmədi - Foto
Rusiyada baş verən intensiv PUA hücumları səbəbindən bir sıra hava limanlarında onlarla uçuş təxirə salınıb, bəzi reyslər isə ümumiyyətlə ləğv edilib.

Median.Az
-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ötən gecə və bu səhər Rusiyanın bir sıra hava limanlarında uçuşların ləğvi və gecikmələri müşahidə olunub.

Xüsusilə Moskva və Sankt-Peterburqdakı hava limanlarında - Şeremetyevo, Vnukovo, Domodedovo və Pulkovoda - vəziyyət daha ciddi xarakter daşıyır və uçuş cədvəllərində ciddi ləngimələr yaranıb. Onlarla uçuş gecikdirilib, bəziləri tamamilə ləğv edilib, bir çox digər reyslərin isə gəliş vaxtları dəyişdirilib.

Ləngimələr daha çox İstanbul, Antalya, Dubay, Soçi və Mərkəzi Asiya istiqamətləri üzrə səyahət edən sərnişinlərin planlarına təsir göstərib.

Qeyd edək ki, ləngiyən reyslər siyahısında "Azərbaycan Hava Yolları"nın (AZAL) J2 182 saylı Bakı istiqamətli uçuşu da yer alır. Həmin təyyarənin havaya qalxma vaxtı da dəyişdirilib.
Moskva səmasında PUA təhlükəsi: Bakıya uçan təyyarə havaya qalxa bilmədi - Foto

Son xəbərlər