Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi

09.10.2026 21:08 267
AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi
"Azərbaycan Hava Yolları"nın (AZAL) Moskva istiqamətində bir sıra reysləri müvəqqəti təxirə salınıb.

Bu barədə "Azərbaycan Hava Yolları" QSC məlumat yayıb.

Bildirilib ki, oktyabrın 9-na planlaşdırılan J2-185/J2-186 nömrəli Bakı-Moskva (Domodedovo)-Bakı və J2-805/J2-806 nömrəli Bakı-Moskva (Vnukovo)-Bakı reyslərinin icrasında Rusiya hava məkanında tətbiq edilən məhdudiyyətlər səbəbindən dəyişikliklər olub.

Belə ki, səhər saatlarında həyata keçirilən J2-185 nömrəli Bakı-Moskva reysi Sankt-Peterburq şəhərinə məcburi eniş edib. Hava məkanında yenidən məhdudiyyətlərin tətbiq olunması səbəbindən təyyarənin Bakıya qayıtması mümkün olmayıb.

Bundan əlavə, səhər saatlarında həyata keçirilən J2-805 nömrəli Bakı-Moskva reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıdıb.

Mövcud məhdudiyyətlər təyyarələrin təyinat hava limanlarına vaxtında çatmasına və növbəti uçuşların həyata keçirilməsinə də təsir göstərib. Bu səbəbdən həmin marşrutlar üzrə planlaşdırılan J2-186 və J2-806 nömrəli axşam reysləri də təxirə salınıb.

AZAL vəziyyəti operativ şəkildə izləyir və sərnişinlərə lazımi dəstəyin göstərilməsi üçün tədbirlər görür. Uçuş cədvəlindəki dəyişikliklərlə bağlı sərnişinlər rəsmi informasiya kanalları vasitəsilə məlumatlandırılacaqlar.

Bildirilib ki, sərnişinlərin və uçuşların təhlükəsizliyi AZAL üçün əsas prioritetdir. Bütün əməliyyat qərarları mövcud şərait və təhlükəsizlik tələbləri nəzərə alınmaqla qəbul edilir.скачать dle 11.3
Mojo.az Banner