Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:54 Fransada etirazlar zamanı 600-dən çox şəxs saxlanılıb | 18:43 "Qarabağ"dan Yankoviç və Silva açıqlaması (Yenilənib) | 18:37 Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu | 18:30 Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq | 18:27 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər (Yenilənib) | 18:22 “Vətən müharibəsi Cənubi Qafqazda yeni reallıqlar yaratdı” | 18:13 Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi" | 18:05 Millimiz üçüncü dəfə dünya çempionu oldu | 18:03 Prezident İlham Əliyev: "Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" | 17:46 Ər-arvadı öldürüb evlərini yandıran şəxsin məhkəməsi başlayır | 17:45 Ağstafada bir ailənin üç üzvü zəhərlənib | 17:23 Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər (VİDEO) | 17:14 Beynəlxalq axtarışda olan iki nəfər Gürcüstandan Azərbaycana gətirildi | 17:12 Gənc müəllimləri kəndlərdə saxlamaq üçün yeni addımlar lazımdır – AÇIQLAMA | 17:05 İmtahanlara müdaxilə cinayəti: Prokuror Kamran Əsədova cəza istədi | 17:04 Əli Əsədovdan məhkəmə ekspertləri ilə bağlı qərar | 17:03 Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? | 17:00 Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub - FOTO (Yenilənib) | 16:57 Qonşusunu bıçaqlayan müharibə iştirakçısına verilən cəza məlum oldu | 16:57 Ərini çapacaqla yaralayan qadından məhkəmədə gözlənilməz tələb |
Mojo.az Avto
Mojo.az Avto

Taksi sürücüləri üçün yenilik: Daha çox vergi ödəyəcəklər

06.11.2026 13:06 300
Taksi sürücüləri üçün yenilik: Daha çox vergi ödəyəcəklər
"Az qazanan taksilər daha aşağı, çox gəlir əldə edənlər isə ona uyğun olaraq vergi ödəcəyəcəklər".

Bu fikirləri Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarlan Vergi Məcəlləsinə və bir neçə qanuna təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, vergi nəzarətinin gücləndirilməsi bloku üzrə də dəyişikliklərə nəzər saldıqda, taksi xidmətləri üzrə vergi inzibatçılığının dəyişməsi nəzərdə tutulur:

"Bu gün vergi fərqlənmə nişanının alınması şəklində həyata keçirilir və sabit şəkildə gəlirinin az və ya çox olmasından asılı deyil, yəni 18 manat məbləğində vergi ödənişi aparılır.

Hazırkı təklif isə daha balanslı və gəlir əsaslı vergi modelinin tətbiqidir, yəni operatorlar tərəfindən ödəmə mənbəyində verginin tutulması ilə taksi fəaliyyəti göstərənlərin inzibatçılıq yükünün aradan qaldırılması, eyni zamanda, onlara çatacaq məbləğlərdən dövlətə 1% məbləğin tutulması ilə gəlirdən verginin tutulması şəklində keçir".

Son xəbərlər