Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasının bəzi yerlərdə noyabrın 7-si səhərdən 10-u səhərədək fasilələrlə yağış yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Yarımadanın ayrı-ayrı hissələrində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.
Azərbaycanın rayonlarında da müşahidə olunan qeyri-sabit hava şəraitinin noyabrın 10-dək davam edəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.