Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:41 Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq: "Babəli Türkiyədə saxta pul alverinə girişib" | 11:38 Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama | 11:25 Lionel Messiyə dair sensasion transfer iddiası | 11:23 Bəzi həkimlərə xüsusi rütbələr veriləcək | 11:21 Mərkəzi Bankın keçmiş baş direktoruna yeni vəzifə verildi | 22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi |
Mojo.az Avto
Mojo.az Avto

Növbəti üç gündə yağıntılı hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

29.08.2026 16:47 477
Növbəti üç gündə yağıntılı hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Azərbaycanda avqustun 30-u axşamdan sentyabrın 1-i səhərədək hava şəraiti qeyri-sabit keçəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında avqustun 30-u axşamdan sentyabrın 1-i səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış yağacağı, yağışın arabir leysan xarakterli olacağı gözlənilir. Yarımadanın bəzi yerlərində şimşək çaxacağı, 31-i axşam isə yağışın intensiv və qısamüddətli güclü olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında müşahidə olunan qeyri sabit hava şəraitinin sentyabrın 1-dək davam edəcəyi, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Son xəbərlər