Mojo.az Banner
12:35 İyulda neçə adamı gün vurub?  |     12:23 Bakıda DƏHŞƏTLİ ANLAR: Avtomobillər torpağın altında qaldı - VİDEO  |     11:51 Buzovnada dənizdə 3 nəfər batdı - Biri xilas edildi  |     11:31 Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılıb öldü  |     11:29 Arvadını bıçaqlayan və balta ilə yaralayan şəxs barədə YENİ QƏRAR  |     11:28 QHT əməkdaşları Ağdərədə minaya düşdülər  |     11:26 Bakıda küçələrdən birinə Xalq yazıçısı Elçinin adı verilib  |     11:26 "Sabah" və "Qarabağ"ın rəqibləri bu gün bəlli olurlar - PÜŞKATMA  |     11:24 Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçiriləcək  |     11:22 Magistraturaya qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başlayır  |     11:21 Kubanın elektrik enerjisi sistemi yenidən çökdü  |     11:18 Kolleclərə ixtisas seçimi başlayıb  |     11:15 Kişi arvadını evinin qarşısına gətirən sürücünü döydü  |     11:14 İrandan Almaniyaya gedən yük maşını Naxçıvanda saxlanıldı - VİDEO  |     11:09 Paytaxtda mənzillərin qiyməti artır? - Video  |     11:01 "Belə bir nümunə dünyada yoxdur" – Natiq Cəfərli yeni kart limitlərindən danışdı  |     18:54 Pişik sahiblərinin ən çox verdiyi sual: Qısırlaşdırmaq günahdırmı?  |     23:01 5 min illik iki məzar: Piramidaların inşasını anlamağa kömək edə bilər  |     22:53 Tanınmış aşığın nəvəsi vəfat etdi  |     22:47 “İndi məni cərimələsələr, bunlar ödəyəcəklər 1 manatdan?” - Video  |    
Left Banner
Right Banner

Xaricdən telefon gətirənlərin nəzərinə: 100 manat rüsum alınacaq

09.12.2025 15:41 435
Xaricdən telefon gətirənlərin nəzərinə: 100 manat rüsum alınacaq
Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq.

Qaynarinfo xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsi və "Dövlət rüsumu haqqında” təklif edilən dəyişiklikdə əksini tapıb.

Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə görə, ölkəyə idxal edilən mobil cihazların hər bir ədədi üçün 20 manat aksiz vergisi tətbiq olunacaq. Fiziki şəxsin şəxsi istifadəsi üçün təqvim ili ərzində ölkəyə gətirilən 1 ədəd mobil cihaz aksizdən azad olunacaq. "Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən isə fiziki şəxslər tərəfindən bazar qiymətindən asılı olmayaraq təqvim ili ərzində ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsum alınacaq.

Hər il üçün mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.скачать dle 11.3
Mojo.az Banner