Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

300 min manatlıq dələduzluqda təqsirləndirilən sabiq məktəb direktorunun məhkəməsi keçirilib

30.11.2023 12:10 1 524
300 min manatlıq dələduzluqda təqsirləndirilən sabiq məktəb direktorunun məhkəməsi keçirilib
Bakıda vətəndaşa qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Abşeron rayonunda sabiq məktəb direktoru Samirə Əkbərovanın cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahid Esmira Mustafayeva ifadə verib .

O bildirib ki, təqsirləndirilən şəxs onun bacısının qızıdır:

"Zərərçəkmişi çoxdan tanıyıram. Samirə mənim bacım qızıdır. Yarım saatdan sonra Samirənin bibisi gəldi, birgə oturmuşduq. Birdən qapı döyüldü və səs-küy eşitdim. Samirə o hay-küylə içəri girən qadınla aralarında mübahisə edib, ona pulu və faizini uzadaraq daha onu narahat etməməsini dedi. O qadın isə dedi ki, mən sələmin də sələmini səndən alacağam".

Dindirilən şahid Firəngiz Quliyeva təqsirləndirilən şəxsin bibisi olduğunu deyib:

"Qardaşım öldüyündən təqsirləndirilən şəxs Samirə Əkbərovaya tez-tez baş çəkirdim. Aysel Məmmədova qardaşımın yas mərasimində də iştirak edib. Evdə olan zaman qapı qəfil bərk döyüldü və zərərçəkmiş içəri daxil oldu. Onların mübahisə etdiyini eşitdim. Daha sonra Samirə 100 manatlıq üç "paçka" və 50 manatlıq iki "paçka"nı stola çırpıb ona olan borcunu ödədiyini dedi. Hadisənin təfərrüatlarını soruşanda Samirə mənə dedi ki, sələmə pul almışam".

Zərərçəkmiş şəxs Aysel Məmmədova isə deyib ki, hər iki şahidi tanımır və onların dedikləri heç bir həqiqəti əks etdirmir.

Təqsirləndirilən şəxsin anası, şahid Səriyyə Quliyeva da ifadə verib. O, qızının həbs xəbərini sonradan eşidib:

"Aysel Məmmədova mənə zəng edərək qızımın ona 200 min manat borcu olduğunu deyib. Qızım məktəb direktoru işləyir və onun sələmə pullar götürdüyünü bildim. Bunları da mənə qohumlarım dedi. Qızım mənə dedi ki, 40 min manat pul götürmüşəm, sadəcə sələmlərini qaytarmaqda çətinlik çəkir".

Məhkəmənin növbəti iclası dekabrın 13-nə təyin edilib.

Qeyd edək ki, Samirə Əkbərova biznes qurmaq adı ilə Aysel Məmmədovadan ümumilikdə 300 min manat pul alaraq dələduzluq edib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər