Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Benzini üstümə tökdü..." - Ölümə səbəb olan şəxsin məhkəməsi

20.08.2026 13:08 306
Bakı Ağır Cinayətlər Məhkəməsində kafeni yandıraraq bir nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Famil Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən məhkəmə zərərçəkənlərin ifadəsi ilə davam edib.

Zərərçəkən qismində ifadə verən H.Ə həmin gün iş başında olduğunu deyib:

“Mən obyekti icarəyə götürmüşdüm, kafe kimi işlədirdim. Famil həmin gün dostları ilə kafeyə gəlmişdi. Pivə, “semiçka” sifariş verdilər. İçkili idi, divardakı aynanı vurub sındırdı. Sonradan yaxınlaşıb hadisəni törətdiyinə görə üzr istədi. Mahnı sifariş verib oynadı. Kafenin ofisiantı Şəhriyara qəlyan gətirməyi tapşırdılar, amma o, içəridə çəkməyə icazə olmadığını ona dedi. Bu Familin xoşuna gəlmədi, qəzəblə Şəhriyara yaxınlaşıb çıx çölə dedi. Şəhriyar getməkdən imtina edərək, iş başında olduğunu bildirdi. Famil özündən çıxaraq əgər mənimlə getməsən, buraya od vurub yandıracam deyə bağırmağa başladı. Şəhriyar onunla getməyəndə, Famil özünü tez bayıra atdı. Bir də onu gördüm ki, gətirdiyi benzinlə dolu qabı birinci mənim üstümə tökdü. Benzin digər insanlara dəyib onları da islatdı. Alışdırandan sonra Famil tez çölə tərəf qaçdı, qapını tutub camaatı çölə çıxmağa qoymadı. Bizə dəyən ümumi dəyən ziyan 27339 manatdır”.

Digər zərərçəkən U. İ işdən sonra dostları və iş yoldaşları ilə kafeyə getdiyini bildirib:

“Dostlarımla içəri keçib əyləşdik. Mən əks istiqamətdə idim, girişi görmürdüm. Bir onu eşitdim ki, yanımda əyləşən dostum bir kəlmə benzin deyə çığırdı. Tez arxaya çöndüm ki, nə baş verdiyinə baxım. Elə bu vaxt işıqlar söndü, içərini alov bürüməyə başladı. Əlimi üzümə tutub bayıra çıxmağa çalışdım. Qapıya gedib çata bilmədim, heç nə görə bilmirdim. Özümü pəncərədən çölə tulladım. Sonradan kameradan gördük ki, birinci bayıra atılan rəhmətlik Ceyhun olub. Aramızda barışıq olmayıb. Belimdə 2-ci və 3-cü dərəcə sınıqlar var, alnımda çatlar, bud sümüyündə sınıqlar var. Hazırda yeriməkdə çətinlik çəkirəm, əl ağacından istifadə edirəm”.

Növbəti proses 9 sentyabr saat 16:00-a təyin olunub.

Xatırladaq ki, hadisə 2025-ci ilin sentyabrında paytaxtın Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində qeydə alınıb.

Kafenin inzibatçısı ilə mübahisə zamanı Famil Kərimov oranı tərk edərək, yaxınlıqdakı marketlərdən birindən plastik su qabı əldə edib və yanacaqdoldurma məntəqəsindən benzin alaraq yenidən kafeyə geri qayıdıb.

Bundan sonra o, benzini səpərək, obyekti yandırıb. Həmin kafedə müştəri olan Ceyhun Əhmədli yandığını görərək, özünü ikinci mərtəbədə yerləşən kafedən aşağı atıb. Əhmədli aldığı xəsarətlərdən dünyasını dəyişib. Bununla yanaşı kafedə olan daha 12 nəfər də müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan bəziləri ikinci mərtəbədən özlərini atarkən onurğa sütununun qırılması kimi ağır xəsarətlər alıblar.

Faktla bağlı cinayət işi başlanılıb, Famil Kərimova qarşı Cinayət Məcəlləsinin 120.2.2 ( xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb./Lent.az

Son xəbərlər