Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:34 İrana qaz Azərbaycandan keçəcək? - Rusiya danışıqların təfərrüatını açıqladı  |     18:22 Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq  |     18:07 Sabiq bankirin oğlunun məhkəmə işi: "Səsyazısı var, 300 min dollarımı ələ keçirib"  |     17:53 Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb  |     17:43 AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb  |     17:23 Yaxın qohumların dələduzluq əməlləri: Dəyən ziyan 5 milyon manata çatdı  |     17:19 Bakıda idarə rəisi vəzifəsindən azad edildi  |     17:06 İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü  |     16:49 Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı  |     16:47 Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı  |     16:45 Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi  |     16:39 Borca görə hansı əmlaklara həbs qoyula bilər? – AÇIQLAMA  |     16:27 Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman  |     16:09 Ramiz Mehdiyev AMEA-dan qovuldu  |     15:16 İranda şəhər başçısı güllələndi  |     15:04 Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası  |     15:00 Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu  |     14:48 Məmurlara biznes və əlavə gəlirlərlə bağlı yeni qadağalar qoyulur  |     14:42 Qışda bu məhsul bahalaşacaq — İqtisadi paradoks  |     14:21 Məktəb psixoloqlarının fəaliyyəti dəyişməlidir - AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

"Dedi Qodu" kafesinin sahibinin burnunu sındırdı - Məhkəmə zalında həbs edildi

03.07.2026 20:36 369
Bakı şəhərinin Lökbatan qəsəbəsində, "Lökbatan" dairəsinin yaxınlığında yerləşən "Dedi Qodu" kafesinin sahibi döyülüb.

Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildə Saatlı rayonunun Mircəlalkənd kəndində anadan olmuş Sənan Məmmədovun (soyad şərtidir) Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.

İş materiallarına əsasən, Sənan Məmmədov dostları ilə birlikdə "Dedi Qodu" kafesinə gəlib. Yemək yedikdən sonra əlavə spirtli içki sifariş edib. Kafenin sahibi ona spirtli içki verməkdən imtina etdikdən sonra, saat 03:00 radələrində təqsirləndirilən şəxs E.R.-ni stulla vurub, kafedəki əşyalara ziyan vurub. Həmçinin yediyi yeməyin pulunu da ödəməyib.

Təqsirləndirilən şəxsin zərərçəkmişin burnunu sındırdığı bildirilir. Hadisədən 10–15 gün sonra isə o, tanışları ilə birlikdə yenidən E.R.-nin işlətdiyi kafeyə gəlib və obyektə ziyan vurub. Hadisələr nəticəsində kondisioner, qab-qacaq və oturacaqlar yararsız vəziyyətə düşüb. Bildirilir ki, Sənan Məmmədov tanışları ilə kafeyə gəldiyi vaxtlarda müştərilər obyekti tərk edirmiş.

Məhkəmədə zərərçəkmiş bildirib ki, hadisə baş verən gün kafedə müşahidə kamerası işləmədiyi üçün görüntülər qeydə alınmayıb. Onun sözlərinə görə, həmin vaxt kafedə Aynurə adlı ofisiant da olub. Zərərçəkmiş təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, lakin onun həbs olunmasını istəmədiyini, yalnız dəymiş zərərin ödənilməsini tələb etdiyini deyib.

Məhkəmənin hökmü ilə Sənan Məmmədov 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilib və o, məhkəmə iclas zalında həbs edilib.

Son xəbərlər