Mojo.az Banner
11:47 Azərbaycanda daha bir qida məhsulunun qiyməti kəskin artdı - Video  |     11:34 Azərbaycanda istilik mövsümü vaxtından əvvəl başlayacaq?  |     11:29 Uşağın ürəyi qəfil dayana bilərmi? – Kardioloqdan XƏBƏRDARLIQ  |     11:26 Kənd yumurtası buna görə bahalaşıb – AÇIQLAMA  |     11:03 Bakıda qadın qətlə yetirildi - Əri saxlanıldı  |     23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |    
Mojo.az Avto
Mojo.az Avto

Telefonda zarafat edən uşaqlıq dostunu bıçaqladı: Lökbatanda cinayət

10.04.2024 11:37 1 035
Telefonda zarafat edən uşaqlıq dostunu bıçaqladı: Lökbatanda cinayət
Ötən ilin avqust ayında Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi 43 saylı binanın qarşısında dostunu bıçaqlayan şəxs azadlığa buraxılıb.

Qaynarinfo-nun məlumatına görə, Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilən 2000-ci ildə Bakı şəhərində anadan olmuş Sənan Cəbiyevin (soyad şərti) cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmədə məlum olub ki, 6 avqust 2023-cü il tarixdə axşam saat təxminən 22:00 radələrində Sənan Cəbiyevə qonşusu, uşaqlıq dostu Ələmdar Əliyev (soyad şərti) mobil telefonuna zəng vuraraq onunla zarafat etməyə başlayıb. Ələmdar Əliyev zarafatla təqsirləndirilən şəxsin atasını söyüb və Sənan Cəbiyev ona sərt reaksiya verib.

Beləliklə, telefonda edilən zarafata görə, Sənan Cəbiyev elə həmin gün Ələmdar Əliyevlə görüşərək “kəpənək” tipli cib bıçağı ilə onu bir dəfə vurub. Nəticədə xəsarət alan Ələmdar Əliyev hadisədən bir gün sonra xəstəxanaya gedib.

Məhkəmənin qərarı ilə Sənan Cəbiyev Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş üç il müddətə azadlıqdan məhrumetmə növündə cəza iki il sınaq müddəti müəyyən edilərək şərti hesab edilib. O, məhkəmə zalından sərbəst buraxılıb.скачать dle 11.3
Mojo.az Banner