Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Kənd yumurtası buna görə bahalaşıb – AÇIQLAMA

07.10.2026 11:26 801
Kənd yumurtası buna görə bahalaşıb – AÇIQLAMA
Kənd yumurtasının qiymətində artım müşahidə olunur. Paytaxt və bölgə bazarlarında əvvəllər 20–30 qəpiyə satılan kənd yumurtasının qiyməti hazırda 40 qəpiyə qədər yüksəlib. Qiymət artımı xüsusilə gündəlik ərzaq məhsullarında xərclərin yüksəlməsi fonunda diqqət çəkir.

Kənd yumurtasının qiymətinin son dövrdə 20–30 qəpikdən 40 qəpiyə yüksəlməsinin əsas səbəbləri nələrdir və bu artımın qarşıdakı dövrdə davam etməsi gözlənilirmi?

Mövzu ilə Median.Az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, kənd yumurtasının 20–30 qəpikdən 40 qəpiyə yüksəlməsinin əsas səbəbi mövsümi amillərlə bağlıdır:

“Payızın gəlişi ilə havaların soyuması kənd toyuqlarının yumurta məhsuldarlığını aşağı salır. Nəticədə bazara çıxarılan kənd yumurtasının həcmi azalır, amma tələbat eyni səviyyədə qalır. Məhz təklifin azalması qiymətə birbaşa təsir edir. Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası da payız-qış aylarında istehsalın azalmasını əsas səbəblərdən biri kimi göstərir. Burada yem, daşınma və digər xərclərin artmasının da müəyyən təsiri var. Ümumilikdə 2026-cı ilin ilk yeddi ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri illik ifadədə 6,8 faiz artıb. Yumurtanın qiymətində də əvvəlki aylarda artım qeydə alınıb. Bundan başqa, kənd yumurtasında qiymət artımı təkcə istehsalçı ilə bağlı deyil. Məhsulun kəndlidən alınması, rayon bazarına daşınması və pərakəndə satışı mərhələlərində qiymət fərqi yaranır. Məsələn, sentyabrda Qusarda kənd yumurtasının kənd sakinlərindən 30 qəpiyə alınıb bazarda 45 qəpiyə satıldığı bildirilirdi. Bu baxımdan 40 qəpiklik qiymətin hamısının kəndlinin gəlirinin artması anlamına gəlmədiyini də nəzərə almaq lazımdır”.

O qeyd edib ki, qarşıdakı aylarda, xüsusilə payızın sonu və qış dövründə kənd yumurtasının qiymətinin daha da yüksəlməsi mümkündür:
“Çünki bu dövrdə toyuqların məhsuldarlığı daha da azalır. Assosiasiya rəhbəri də soyuq aylarda qiymət artımının davam edə biləcəyini istisna etmir. Lakin bu, avtomatik olaraq kəskin və davamlı bahalaşma demək deyil. Əgər bazara çıxarılan yumurtanın həcmi artsa və yem xərclərində ciddi yeni bahalaşma baş verməsə, qiymət müəyyən səviyyədə sabitləşə bilər. Burada kənd yumurtası ilə sənaye üsulu ilə istehsal olunan yumurtanı da fərqləndirmək lazımdır. Sənaye yumurtasının istehsalı daha idarəolunan olduğundan mövsümi təsir kənd yumurtasındakı qədər güclü deyil. Buna görə kənd yumurtasında müşahidə olunan 20–30 qəpikdən 40 qəpiyə yüksəlişi ümumi yumurta bazarındakı eyni miqyaslı bahalaşma kimi qiymətləndirmək düzgün olmaz”.

Aysel

Son xəbərlər