Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:07 "Microsoft" sistemində qlobal nasazlıq: "Outlook" 74 ölkədə çöküb | 13:06 Azərbaycan nefti ucuzlaşdı | 12:58 Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı | 12:57 İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi | 12:56 40 yaşdan sonra dişlərimiz niyə əyilir? | 12:53 "Nvidia"nın keçmiş rəhbəri ilə bağlı yeni iddia: Üçüncü qadın ortaya çıxdı | 12:38 "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO | 12:22 İkinci əl avtomobillərə tələbat artdı – Qiymətlər bahalaşır | 12:19 Cəbrayılda şirkət işçilərinin qaldığı tikilidə yanğın | 12:15 Bakı və Sumqayıtdakı xəstəxanalarda növbə ilə bağlı yenilik | 12:06 Bakı-Qazax yolunda daha bir körpü sökülür - Səbəb | 12:01 Əlillik almayan hərbçilərin sosial təminatı genişləndirilməlidir – Açıqlama | 11:52 Bakıda kütləvi dava: Üç nəfər bıçaqlandı | 11:41 Abşeronda 89 yaşlı qadın zəhərlənib öldü | 11:37 Azərbaycanda müəllimlərə şagirdlərlə bağlı qadağa | 11:28 Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı yeni detallar | 11:16 Bakıda qadın sürücü qəza törətdi, ölən var | 11:11 Alyona Əliyeva COP31-dən paylaşım edib - Foto | 11:08 MİDA 1049 mənzili satışa çıxarır — qiymətlər 43 min 225 manatdan başlayır | 11:03 Məşğulluqdan aldığı inkubator aparatını satdı - İş Ali Məhkəməyə qədər getdi |
Mojo.az Avto
Mojo.az Avto

Kənd yumurtası bahalaşıb? (AÇIQLAMA)

18.05.2026 22:09 558
Kənd yumurtası bahalaşıb? (AÇIQLAMA)
"Kənd yumurtasının qiymətinin bahalaşması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir".

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli deyib.

Onun sözlərinə görə, qış aylarında Azərbaycanda gündəlik 120 min kənd yumurtası istehsal olunur, yay aylarında isə bu rəqəm 360 minə çatır:

"İki gün əvvəl bizə Gəncədən kənd yumurtasını 25 qəpiyə göndərmişdilər. Kənd yumurtasının qış aylarında bahalaşmasının müəyyən səbəbləri var. Kənd toyuğu yay aylarında təxminən hər 24 saatdan bir yumurta qoyur. Qış aylarında isə bu müddət bəzən 70 saata qədər uzanır. Çünki yumurtanın əmələ gəlməsi üçün lazım olan azot və mineralları kifayət qədər ala bilmir".


Mürvət Həsənli bildirib ki, yay aylarında toyuqlar bu maddələri təbii şəkildə torpaqdan əldə edir:

"Ona görə də hər gün yumurtlayırlar. Qışda yumurta bahalaşır, yayda isə ucuzlaşır. Əgər qış aylarında toyuqlar isti şəraitdə saxlanılsa və lazım olan mineral-vitaminləri vaxtında alsalar, hər gün yumurta verə bilərlər. Məsələ ilə bağlı bir neçə rayon və kənd sakini ilə əlaqə saxlanılıb. Verilən məlumata görə, hazırda kənd yumurtasının bir ədədinin qiyməti 20-25 qəpik arasında dəyişir. Bəzi kəndlərdə isə qiymətin 18 qəpiyə qədər endiyi bildirilir".

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə kənd yumurtasının qiymətinin bahalaşması ilə bağlı müxtəlif məlumatlar yayılıb.

Son xəbərlər