Mojo.az — elanlar
Son Xəbərlər
20:37 Bu şəxslər pensiyaya daha tez çıxa bilər  |     20:30 Dünyada ilk - Marsın peykindən Yerə torpaq gətirilir  |     20:22 Qonaqlara iylənmiş ət verən "Çıraq Palace"da yoxlama - Nöqsanlar üzə çıxdı (VİDEO)  |     20:16 Bəzi ərazilərdə su kəsiləcək  |     20:13 Səfərbərlik Xidmətinin iki sabiq şöbə rəisi həbs olundu  |     19:39 Sabah iki rayonda qaz olmayacaq  |     19:34 Bakıda yeni mikrorayon salına bilər: Necə adlanacaq?  |     19:29 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Video  |     19:19 Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib  |     18:48 Repçi Navai Rusiyada cəzalandırılacaqmı? - Vəkildən açıqlama  |     18:33 Bakıda üç marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir  |     18:03 Məktəbdə şagirdlər arasında dava düşdü, biri xəstəxanalıq oldu  |     18:01 Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq  |     17:16 Xidmət yerini özbaşına tərk edən hərbçilər üçün yeni cəzalar müəyyənləşir  |     16:12 Ölkədə leysan olacaq, dolu düşəcək, qar yağacaq - Xəbərdarlıq  |     16:10 Xarici vətəndaşlara uzunmüddətli yaşamaq icazəsi veriləcək  |     16:06 Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video  |     14:26 Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi  |     14:18 Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi  |     13:58 Təbii kürü adı ilə plastik məhsul satılır? – Bu səhvləri etməyin — Əlamətlər  |    
Mojo.az Avto
Mojo.az Avto

Yumurtaya tələbat kəskin artıb: Bahalaşma gözlənilirmi?

20.11.2025 18:20 528
Yumurtaya tələbat kəskin artıb: Bahalaşma gözlənilirmi?
"Hazırda sənaye üsulu ilə istehsal olunan yumurtaların qiymətində ciddi bahalaşma görmürəm, əvəzində tələbat artıb".

Bunu Qaynarinfo-ya açıqlamasında "Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Mürvət Həsənli yumurtanın qiymətinin artması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən deyib.

Sədrin sözlərinə görə, yaxın günlərdə müəyyən qıtlıq müşahidə oluna bilər:

"Bu, mal ətinə olan tələbatın azalması və insanların həm yumurtaya, həm də toyuq ətinə inamının artması ilə bağlıdır. Əvvəllər olduğu kimi bu gün də istehsalımız 5 milyonun üzərindədir. Lakin tələbat fərqlidir. Ötən il gündəlik tələbat 3,6–4 milyon civarında idisə, bu il 4,5–4,8 milyona, bəzən isə 5,2 milyona qədər yüksəlir".

Mürvət Həsənli kənd yumurtasının istehsalının azalmasına da münasibət bildirib:

"Kənd toyuqlarında qışa doğru yumurta istehsalı azalır. Havaların soyuq keçməsi buna təsir edir. Ona görə də kənd yerində istehsal aşağı düşür. Kənd yumurtasına tələbat yüksək olduğundan qiymət artımı ehtimalı daha çoxdur. Bu da müvəqqətidir".

Sədr onu da qeyd edib ki, ölkədə nə yem, nə də digər enerji daşıyıcılarının qiymətində artım yoxdur:

"Odur ki, ümumi yumurta qiymətinin yüksəlməsi gözlənilmir, sadəcə tələbat çoxalıb. Ötən il adambaşına düşən illik yumurta istehlakı 147 ədəd idisə, bu il rəqəm 194-ə çatıb".

Qeyd edək ki, yumurtanın bahalaşması ilə bağlı məlumat yayılıb. Bildirilir ki, kənd yumurtasının bir ədədinin qiyməti 40–45 qəpiyə təklif olunur. Bundan əlavə, broyler yumurtasının da qiymətində artım müşahidə edilir. Satıcılar bunu payız aylarında yumurta azlığı ilə izah edirlər.

Son xəbərlər