Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi

06.10.2026 22:13 201
Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi
"Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin Nizamnaməsi"ndə dəyişiklik olunub.

Median.Az
oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar imzalanıb.

Qərara əsasən, Naxçıvan Ali Məclisinin bəzi səlahiyyətləri ləğv edilib.

Mövud qanunvericiliyə görə, İdarə Heyəti Agentliyə rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi üç nəfərdən - Naxçıvan MR Ali Məclisinin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və iki sədr müavinindən ibarətdir.

Yeni qərara əsasən isə, İdarə Heyətinə təyinatları Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi ilə razılaşdırmaqla, Naxçıvan Muxtar Respublikasının baş naziri həyata keçirəcək.

Həmçinin agentliyin illik hesabatı Respublikanın Nazirlər Kabinetinə təqdim olunacaq.

Daha əvvəl bu hesabat Ali Məclisin sədrinə təqdim edilirdi.

Qeyd edək ki, hazırda Naxçıvan Ali Məclisinin sədr səlahiyyətlərini Bəxtiyar Məmmədov icra edir. Naxçıvanın Baş naziri isə Cabbar Musayevdir.скачать dle 11.3
Mojo.az Banner