Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda müştəri ofisianta əxlaqsızlıq etdi, administrator bıçaqlandı

15.07.2025 22:37 639
Bakıda müştəri ofisianta əxlaqsızlıq etdi, administrator bıçaqlandı
Bakıda kafedə dava düşüb.

Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində baş verib. Belə ki, 4 nəfər sərxoş vəziyyətdə kafeyə daxil olub yenidən spirtli içki sifariş verib. Masaya yaxınlaşan ofisiant xanım onlardan sifarişi götürərkən, onlardan biri qadına qarşı əxlaqsız hərəkət edib və bu da ofisiantın etirazına səbəb olub. Ofisiant qadın əsəbi vəziyyətdə danışarkən ağız suyu müştərilərdən birinin sifətinə düşüb və həmin şəxs qadına "sifətimə niyə tüpürürsən?" deyib, onu təhqir edib. Nəticədə tərəflər arasında mübahisə yaranıb və ofisiant xanım stoldan uzaqlaşıb. Kafedə administrator işləyən, ofisiant xanımın bacısı stola yaxınlaşaraq mübahisənin səbəbini soruşarkən Emin adlı digər müştəri qadını yumruqla vurub. Qadınla müştəri arasında dava başlayıb və kafedəki digər müştərilər davanı sakitləşdirib, Emini həyətə çıxarıblar. Emin yenidən kafeyə qayıdaraq həmin administrator xanımın qarnına təpiklə vurub. Daha sonra o, cibindəki bıçağı çıxararaq administrator qadına xəsarət yetirib. Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanıb, iş məhkəməyə göndərilib. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilərək 7 il azadlıqdan məhrum edilib. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməyə qərar veribmiş. Xəzər Rayon Məhkəməsi təqsirləndirilən şəxsin ödənilməmiş cəzasının olduğunu nəzərə alaraq, Emin Əliyevi 8 il azadlıqdan məhrum edib. Təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib.

Son xəbərlər