Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Qışda bu məhsul bahalaşacaq — İqtisadi paradoks

28.10.2026 14:42 840
Qışda bu məhsul bahalaşacaq — İqtisadi paradoks
Cəlilabadda payızlıq kartof yığımı zamanı bəzi sahələrdə məhsuldarlığın aşağı olması bazarda qiymət dəyişiklikləri ilə bağlı narahatlıqları artırır. Əgər məhsul həcmi gözləniləndən az olarsa, bu, daxili bazarda kartofun təklifinə və qiymətinə təsir göstərə bilər. Xüsusilə qış aylarında kartofun bahalaşması istehlakçıların tez-tez qarşılaşdığı problemlərdəndir. Bəs kartofun qiymətinin mövsümi artımına hansı amillər təsir edir? Yerli istehsal bazarın tələbatını ödəməyə kifayət edirmi və məhsuldarlığın azalması qiymətlərə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri, iqtisadçı İlqar Hüseynli bildirib:
Qışda bu məhsul bahalaşacaq — İqtisadi paradoks
"Təəssüflər olsun ki, uzun müddətdir biz müşahidə etdik və gördük ki, bəzi regionlarda kartof əkini bir qədər azalmağa başlayıb. Bu da bazarla bağlıdır. Cəlilabadın özündə də fermerlər tonlarla kartofu çölə töküblər. Çünki Rusiya bazarları bağlandı".
Əvvəllər Cəlilabaddan və digər rayonlardan kütləvi şəkildə kartofun Rusiyaya daşındığını deyən iqtisadçı əlavə edib:
"Eyni zamanda daxili bazarda kartofu saxlamaq üçün kifayət qədər anbarlar yoxdur. Bu da çox ciddi vəsait tələb edir. Ona görə də fermerlər kartof əkininin həcmini azaltmaq məcburiyyətində qalıblar. Daxili bazarda çox ciddi tələbat dövründə kifayət qədər məhsulu bazara çıxardıqda, bu zaman da satışı mümkün olmur".
Bürokratik maneələrdən bəhs edən İlqar Hüseynli qeyd edib:
"Məhsullar kənddən şəhərə keçərək məhdudiyyətli bariyerlərlə üzləşir. Bütün bunlar hamısı həm kartofun qiymətinin artmasına, həm də mövsümi artıma əsas təsir göstərən amillərdəndir. Çünki ilk növbədə məhsul az istehsal olunur. Bununla bağlı risklər var. Bazarda ciddi problemlər olduğuna görə, fermer kartofu az istehsal edir".
Bazara daxilolma məsələsinə də toxunan mütəxəsis vurğulayıb:
"Kənd təsərrüfatı məhsullarının çox ciddi şəkildə Bakı bazarlarına sərbəst şəkildə daxil olmasında problemlər yaşanır. İkinci və üçüncü əldən gələrək daxil ola bilir. Bu da kifayət qədər qiymətlərin artmasına gətirib çıxarır. Azərbaycan İran, Türkiyə və digər dövlətlərdən kartof idxal edən bir ölkə kimi tanınır. Bu idxal prosesi daha da çoxala bilər. Yəni, ölkənin daxili bazarında yerli istehsal tükəndikdə və ya az olduqda, təbii ki, biz o zaman idxaldan asılı vəziyyətə düşəcəyik. İdxal zamanı da hər an qiymətlərin artımı ilə müşahidə oluna əsas faktorlardan biridir".

Son xəbərlər