Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

"Hər yer alov içində idi, özümü ikinci mərtəbədən atdım, ayaqlarım sındı" - Kafeni qəsdən yandıran şəxsin MƏHKƏMƏSİ

09.09.2026 21:20 444
Kafeni yandıraraq bir nəfərin ölümünə, 12 nəfərin isə ağır xəsarət almasına səbəb olmaqda təqsirləndirilən Famil Kərimovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənlərin ifadələri ilə işini davam etdirib.

Hadisə baş verən obyektdə çalısan və yanğından xəsarət alan qadın ifadəsi zamanı bildirib ki, hadisə vaxtı həmin kafedə işdə olub.

"Mən Famili oraya gələn zaman gördüm, yanında da kimsə var idi. Əvvəl eyni masada əyləşmişdilər, sonra isə mübahisə edib masasını dəyışdi. Nəyin necə baş verdiyini heç bilmədim. Birdən içəri alovlandı. Əvvəl elə bildik ki, elektrik naqilləri alışdı, gördüm ki, qapı tərəf yanır, ikinci mərtəbədən özümü atdım, sınıqlarım oldu".

Yanğın zamanı ciddi xəsarət alan Səbinə Bünyadova isə ifadəsi zamanı vurğulayıb ki, həmin gün hadisə baş verən kafeyə iş yoldaşı ilə birlikdə gedibmiş.

"Mən Famili ilk dəfə həmin kafedə gördüm. Yenicə gəlmişdi, çay içirdilər. Nəyin necə baş verdiyini heç özüm də bilmədim. Bir azdan alov bürüdü hər yeri, hamı qaçdı, özünü ikinci mərtəbədən atdı. Gördüm tək qalmışam, mən də özümü atdım aşağı. Belim də sınıb, ayaqlarım da".

İfadə verən digər zərərçəkənlər də Famil Kərimovun əlindəki plastik qaиla kafenin salonuna benzin tökərək yandırdığını təsdiqləyiblər və yanğın zamanı aldıqları müxtəlif xəsarətlərə görə təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını deyiblər.

Növbəti iclas sentyabrın 29-na təyin olunub.

Qeyd edək ki, hadisə 2025-ci ilin sentyabrında paytaxtın Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində baş verib.

Kafenin inzibatcısı ilə yaranmış mübahisə zamanı Famil Kərimov oranı tərk edərək yaxınlıqdakı marketlərdən birindən plastik su qabı əldə edərək yanacaqdoldurma məntəqəsindən benzin alıb və yenidən kafeyə geri qayıdıb.

Bundan sonra o, benzini oraya tökərək obyekti yandırıb. Həmin kafedə müştəri olan Ceyhun Əhmədli özünü ikinci mərtəbədə yerləşən kafedən atıb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib. Bununla yanaşı, kafedə olan daha 12 nəfər də müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan bəziləri ikinci mərtəbədən özlərini atarkən onurğa sütununun qırılması kimi ağır xəsarətlər alıblar.

Famil Kərimova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) və 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.
//oxu.az

Son xəbərlər