Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Deputat icra hakimiyyətlərinin ləğv olunması ehtimalından DANIŞDI

21.10.2026 16:46 225
Deputat icra hakimiyyətlərinin ləğv olunması ehtimalından DANIŞDI
Son dövrlər Azərbaycanda dövlət idarəetmə sistemində optimallaşdırma tədbirləri çərçivəsində bəzi qurumlar ləğv edilir, digərləri isə birləşdirilir. Bu dəyişikliklər fonunda yerli idarəetmə orqanlarının fəaliyyətinin yenidən təşkili məsələsi də gündəmə gəlir. Xüsusilə, icra hakimiyyətlərinin ləğv edilərək idarəetmənin iqtisadi rayonlar üzrə yeni model əsasında qurulması ehtimalı müzakirə mövzusu ola bilər.

Azərbaycanda icra hakimiyyətlərinin ləğv edilərək 14 iqtisadi rayon üzrə yeni idarəetmə modelinə keçilməsi nə dərəcədə realdır?

Milli Məclisin deputatı Aydın Mirzəzadə Median.Az-a şərhində bildirib ki, hazırda Azərbaycanda iki pilləli idarəetmə sistemidir:
“Azərbaycanda iki pilləli idarəetmə sistemi mövcuddur. Şəhər və rayon icra hakimiyyətləri birbaşa Prezident Administrasiyasına tabedir. Onların əsas vəzifəsi inzibati əraziləri müvafiq sahələr üzrə və Prezidentin tapşırıqları əsasında idarə etməkdir. 14 ərazi idarəetmə formasının yaradılması 14 iqtisadi rayon anlayışından irəli gəlir. Lakin bu yanaşma müzakirə mövzusudur. Çünki eyni iqtisadi rayona daxil olan şəhər və rayonların iqtisadi strukturu və logistikası fərqlənə bilər. Məsələn, Abşeron-Xızı iqtisadi rayonunda yüksək sənaye potensialına malik Sumqayıtla əsasən kənd təsərrüfatı ilə məşğul olan dağ rayonu Xızı yerləşir. Eyni fərqlər Gəncə-Daşkəsən iqtisadi rayonunda da müşahidə olunur. Gəncə ilə Daşkəsənin iqtisadi strukturu və logistik imkanları bir-birindən fərqlənir. Bu məsələlər ictimai müzakirə predmetidir. Hansı idarəetmə modelinin daha uyğun olduğunu Azərbaycanın dövlət idarəçiliyi təcrübəsi göstərəcək. İdarəetmənin təkmilləşdirilməsi prosesi isə qarşıya qoyulan vəzifələrin icrası və əldə olunan təcrübə əsasında həyata keçirilir”.

Aysel

Son xəbərlər